Pleyeri seçin:

İran haqqında etiraf: Xaçikyan Zəngəzur dəhlizi üçün "ağıl verdi"

25 oktyabr 2023 340 baxış

“Əlbəttə ki, “3+3” platforması faydalı ola bilər, lakin ondan istifadə etmək üçün bu platformanın iştirakçıları ilə yaxşı münasibətlərin olması, diplomatik mövqe və rıçaqlar lazımdır”.

Bunu erməni politoloq Artur Xaçikyan deyib.

“Rusiya ilə münasibətlərin vəziyyətini hamımız bilirik, rəhbərliyimiz artıq açıq şəkildə ələ salınır. Rusiya məlum səbəblərdən bizimlə deyil, Türkiyə və Azərbaycanla qarşılıqlı anlaşma əldə etməyə çalışır. İran sərhədlərin dəyişdirilməsinə icazə verməyəcəyini deyir, lakin diplomatiya tarixi sürprizlərlə doludur.

Başqa sözlə, İran yəqin ki, burada bizə hərbi yardım edə bilməyəcək, çünki onun prioritet problemi Qəzza, İsrail, Fələstindir. Yəni İran da, Rusiya da indi başqa yerdədir, onların prioritetləri başqa yerdədir”, – deyə politoloq bildirib.

Xaçikyanın sözlərinə görə, İran və Rusiya hazırda bu regionda hərbi qarşıdurma istəmirlər və buna görə də məsələləri diplomatik yolla həll etməyə çalışacaqlar:

“Azərbaycan və Türkiyə müəyyən güzəştlərə gedə bilər, yəni nəsə söz verə bilər, məsələn, deyə bilər ki, biz bu dəhlizdən birgə istifadə edə bilərik, sizin bu dəhlizdə müəyyən hüquqlarınız var və sonra bunu tədricən öz xeyirlərinə dəyişdirə bilərlər. Türklər eyni anda bir neçə masada oynamağı və istədiklərini əldə etməyi çox yaxşı bacarırlar”.

Politoloq istisna etmir ki, Türkiyə və Azərbaycan bu güzəşt əvəzində Ermənistanın hesabına Zəngəzur dəhlizi ilə bağlı ekstraterritorial hüquqlar və ya digər məsələləri tələb edə bilərlər.

Banner
Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib - Baku TV CANLI

Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib - Baku TV CANLI

Siyasət
28 oktyabr 2026 340 baxış
Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV

Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV

Siyasət
28 oktyabr 2026 340 baxış
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 340 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 340 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 340 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 340 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 340 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 340 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 340 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 340 baxış
Seçilmişlər
icon