Ermənistan meydanda tək qaldı? | Erməni politoloqdan sensasiyalı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
İran artıq Zəngəzur dəhlizinin açılması ilə razılaşmağa və ya buna qarşı çıxmamağa məcburdur.
Bunu erməni politoloq Artur Xaçikyan deyib.
Onun sözlərinə görə, Ermənistan region ölkələri, o cümlədən böyük güclər üçün əhəmiyyətini itirib:
“Məsələn, Rusiya hazırda Ermənistana görə Türkiyə və Azərbaycanla qarşıdurmaya girmək istəmir. Ermənistanla müqayisə etsək, Azərbaycan və Türkiyə Rusiya üçün daha önəmlidir. Ermənistan rəsmi olaraq Rusiya ilə müttəfiqlik münasibətlərində qalsa da, əslində, onunla münasibətləri pozmuşuq”.
A.Xaçikyanın sözlərinə görə, Ermənistan Donald Trampın Ağ Evə qayıtmasından sonra ABŞ üçün də önəmsizdir:
“Biz bölgədən danışırıqsa, Ermənistan ABŞ üçün maraqlı deyil, amma Azərbaycan və Türkiyə ilə münasibətlərə böyük önəm verir. Həmçinin D.Tramp üçün ən vacib məsələlərdən biri İranı təcrid etməkdir.
İran müqavimət göstərir, amma indi Tehran nüvə proqramı üzrə sazişə razılıq verməyə, eləcə də Ermənistan ərazisindən keçən dəhlizin açılmasına qarşı çıxmamağa məcburdur.
Ermənistan çox fəal diplomatik iş aparmalıdır, amma heç nə etmir. Əvəzində Ermənistanın ABŞ-dəki səfiri seçkilərdə birtərəfli qaydada Kamala Harrisi dəstəkləməklə həmin ölkənin daxili işlərinə qarışıb. D.Tramp bunu unutmayacaq”.
#Ermənistan teqi istifadə olunub
- 1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV
- Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- “Biz döyüş meydanında cavab verdik, kimin kim olduğunu hər kəs gördü” | Prezident - Baku TV
- “Onlar bəzilərinin qucağına sığınmışdılar, Bakıya tanklarla gəlmək istəyirdilər...” | Prezident
- "İşğalla barışmaq niyyətində deyildik" - Prezident ölkəmizə qarşı qarayaxma kampaniyasından danışdı
