İran Silahlı Qüvvələrini Ermənistana yerləşdirə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
İran silahla təmin etmək və İrəvana dəstək verməklə Ermənistanla Azərbaycan arasında münaqişəni qızışdırır.
Bu barədə İsrailin “i24” onlayn televiziya kanalı yazıb.
Sayt Rusiya mənbələrinə istinadən yazıb ki, Tehran İrəvanla razılaşaraq öz Silahlı Qüvvələrini Ermənistan ərazisinə daxil edə bilər. Səbəb Tehranın Zəngəzur dəhlizinin yaradılmasından qorxmasıdır ki, bu da İranın Ermənistanla əlaqəsini kəsəcək. Bununla da həm İslam Respublikasına, həm də İslam Respublikasından gizli tədarüklərə mane olacaq.
Nəşr qeyd edib ki, İranın Ali Rəhbəri Seyid Əli Xamenei şəxsən göstəriş verib ki, ehtiyac duyularsa, Ermənistanı dəstəkləmək və dəhlizin yaradılmasının qarşısının alınması üçün İran Silahlı Qüvvələri müdaxilə etsin.
Zəngəzur dəhlizi uzunluğu təxminən 40 km olan nəqliyyat dəhlizi layihəsidir. Bu marşrutun Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin yaradılması məqsədilə həyata keçirilməsi planlaşdırılır. Bu, Türkiyədən Azərbaycana, oradan isə Xəzər dənizi vasitəsilə Orta Asiya və Çinə birbaşa quru yolu yaradır.
#Əli Xamenei teqi istifadə olunub
- Xameneinin öldürülməsindən sonra Putini izləyən nəzarət sistemləri söndürülüb
- Xameneinin dəfn mərasimi niyə hələ də keçirilmir?
- İranda xalq Xameneiyə görə küçələrə axışdı
- "Düşmən məğlubiyyətini etiraf edir" | SEPAH nümayəndəsindən sensasiyalı açıqlama - Baku TV
- ABŞ kəşfiyyatı: İran hakimiyyəti ölkə üzərində nəzarəti hələ də saxlayır
