Pleyeri seçin:

“İranı narahat edən bu sözdür!” | Zəngəzur dəhlizi ilə bağlı qalmaqalın pərdəarxası

26 avqust 2025 733 baxış

Zəngəzur dəhlizi ilə bağlı məsələdə İranı narahat edən “maneəsiz keçid” terminidir.

Bunu rusiyalı politoloq Stanislav Tarasov deyib.

Ekspert dəhlizlə bağlı avqustun 8-də ABŞ-də Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmanın İran üçün qeyri-müəyyən qaldığını bildirib:

“SEPAH Zəngəzurun Donald Trampın muzdluları üçün məzarlığa çevriləcəyini bəyan edib. Amma Prezident Məsud Pezeşkian və kabineti sərt ritorikadan istifadə etməməyə çalışaraq radikal qiymətləndirmələri şişirdilmiş hesab edir.

İran üçün qeyri-müəyyənliyin əsas elementi layihənin təfərrüatlarıdır. Bunlar Azərbaycan, Ermənistan və ABŞ nümayəndələrinin iştirakı ilə işçi qrup tərəfindən hazırlanmalıdır. İlkin sxemə görə, ABŞ və Ermənistan hüquqi cəhətdən İrəvana tabe olacaq birgə müəssisə yaradacaq. Həmçinin razılaşmada Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında “maneəsiz əlaqə” nəzərdə tutulur, amma bu terminin konkret məzmunu hələ açıqlanmır ki, bu da İranı narahat edir”.

S.Tarasov əlavə edib ki, dəhlizin hansı şəkildə idarə olunacağı və nəzarətdə kimlərin iştirak edəcəyi də İranı çəkindirən bir müəmma və naməlumluqdur:

“Tehranın xüsusi diqqəti ABŞ-nin iştirakına yönəlib. Əsas məsələ odur ki, marşrutun idarə olunmasında kimlər iştirak edəcək, onun hansı səlahiyyət və resursları olacaq, hansı real nəzarət mexanizmlərindən istifadə ediləcək. Bax bunu zaman göstərəcək”.

Banner
Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib - Baku TV CANLI

Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib - Baku TV CANLI

Siyasət
28 oktyabr 2026 733 baxış
Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV

Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV

Siyasət
28 oktyabr 2026 733 baxış
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 733 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 733 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 733 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 733 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 733 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 733 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 733 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 733 baxış
Seçilmişlər
icon