İrəvandakı sammitdən buna görə boyun qaçırdım | Baş nazirdən mühüm açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı arasında münasibətlər geri dönüşü olmayan həddə çatıb”.
Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“KTMT-nin Ermənistandakı məsuliyyət zonasını mənə göstərin deyəndə onlar bizə heç nə göstərmədilər və mən də öz münasibətimi açıq şəkildə bildirdim.
Qeyd etdim ki, əgər Ermənistanın məsuliyyət zonasında KTMT yoxdursa, o xətt göstərilə bilməz. Bizim üçün bu təşkilat mövcud deyil və KTMT sammitinin yekun sənədini imzalamaq üçün 2022-ci ilin payızında keçirilən İrəvan sammitində iştirakdan boyun qaçırmağımın səbəbi də elə bu idi. Qarabağla bağlı vəziyyətin isə bu situasiya ilə heç bir əlaqəsi yoxdur.
Biz KTMT-də iştirakımızın dondurulması kontekstində Qarabağ mövzusuna toxunmamışıq. Amma bir daha deyirəm, indiki vəziyyətin dillə ifadəsi çox çətindir. Bütün bunlar da Ermənistanın KTMT-yə qayıtmasının mümkünlüyünü imkansız edir”, – deyə N.Paşinyan diqqətə çatdırıb.
Qeyd edək ki, daha əvvəl Rusiya tərəfi Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qayıdışına müsbət yanaşdığını açıqlamışdı.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
