İrəvanın çirkin niyyəti: ikibaşlı siyasət
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyan son çıxışında Azərbaycanla sülh müqaviləsinin yaxın aylarda imzalanması üçün siyasi iradələri olduğunu, hətta sülhün üç əsas prinsipinin razılaşdırıldığını deyib.
Üstəlik, erməni baş nazir Qarabağdan Ermənistan dövlətçiliyinin inkişafına qarşı alət kimi istifadə edildiyini vurğulayıb. Əslində, N.Paşinyanın bu tezisləri onun sülh tərəfdarı olduğuna, Azərbaycana qarşı ərazi iddialarının olmadığına dair görüntü yaratmağa hesablanıb.
Məsələnin maraqlı tərəfi odur ki, sözdə sülh və əməkdaşlıqdan danışan erməni Baş nazir əməldə buna riayət etmir. Yəni N.Paşinyan necə sülh tərəfdarıdır ki, keçmiş qondarma rejimin rəhbər şəxslərinə paytaxt İrəvanda qucaq açır və onların Azərbaycan əleyhinə bəyanatlar səsləndirməsinə şərait yaradır?
Görünür, Ermənistan hakimiyyəti revanşizm xəyallarından hələ də əl çəkməyib. Bu isə heç də təəccüb doğurmur. Çünki N.Paşinyanın ikibaşlı siyasət həyata keçirdiyi, gah sülhdən danışıb, gah da əksinə addım atdığı ilk dəfə deyil. Ara-sıra normallaşma prosesinin icrasından dəm vuran Ermənistan hakimiyyəti, əslində, özünün çirkin niyyətini həyata keçirmək üçün separatçıları alətə çevirməyə çalışır.
N.Paşinyanın nə etməsindən asılı olmayaraq hər kəsin qəbul etməli olduğu bir məsələ var: Azərbaycan qalib ölkə kimi bütün ərazilərində suverenliyini bərpa edib. Bu reallıq isə heç zaman dəyişməyəcək.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
