Pleyeri seçin:

İsrail nə üçün Azərbaycanı ABŞ-dən üstün tutur? - BİZDƏN NƏ DANIŞIRLAR?

27 yanvar 2025 403 baxış

“Bizdən nə danışırlar?” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, ölkəmizin də aktiv iştirak etdiyi beynəlxalq tədbirlər sırasında Davos İqtisadi Forumu xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısının Davosda keçirdiyi görüşləri, verdiyi müsahibələri, iclaslardakı çıxışlarını dünya mediası böyük maraqla izləyərək izləyicilərinin diqqətinə çatdırıb.

İsrailin “i24NEWS” nəşri “Azərbaycan və İsrail: 30 illik əlaqələr qeyd olunur” sərlövhəli məqalə dərc edib.

Xəbərdə bildirilib ki, 30 il əvvəl Nyu-Yorkda Azərbaycan Prezidenti Heydər Əliyevlə İsrailin Baş naziri İshak Rabin arasında təkbətək görüş keçirilib. Hər iki ölkə başçısının qarşılıqlı dəstək məsələlərini müzakirə etdikləri diqqətə çatdırılıb. O vaxtdan bəri bu əlaqələr inkişaf edib və Azərbaycan İsrailin ən yaxın müttəfiqlərindən birinə çevrilib.

“Azərbaycan ABŞ-dən sonra İsrailə ən yaxın ölkədir. Ancaq Vaşinqtonun əksinə Bakı heç vaxt Fələstin münaqişəsi və ya digər məsələlərlə bağlı Qüdsə təzyiq göstərməyib”, – deyə xəbərdə vurğulanıb.

Rusiyanın TASS informasiya agentliyi xəbər verir ki, Rusiya Ermənistanla Azərbaycan arasında bütün istiqamətlərdə münasibətlərin normallaşmasına kömək etməyə hazırdır.

Mənbə bildirib ki, bu barədə ölkənin xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlar zamanı deyib.

“Biz 2020-ci və 2022-ci illərdə üç ölkənin rəhbərləri tərəfindən əldə edilmiş üçtərəfli razılaşmaların inkişafı məqsədilə Ermənistan və Azərbaycan arasında bütün sahələrdə münasibətlərin normallaşmasına lazımi dəstək verməyə hazırıq”, – deyə nazir açıqlama verib.

“The Caspian Post” xəbər verir ki, Azərbaycan və İran qarşılıqlı əməkdaşlıq imkanlarını araşdırır.

Xəbərdə bildirilib ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İrana səfəri çərçivəsində İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüşüb.

Mənbə qeyd edib ki, görüşdə iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri müzakirə olunub. 

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 403 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 403 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 403 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 403 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 403 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 403 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 403 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 403 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 403 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 403 baxış
Seçilmişlər
icon