Jurnalistlərimiz bütün həqiqətləri Makronun üzünə vurdu | Konfransda gərgin anlar
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa Prezidenti Emmanuel Makron Azərbaycan jurnalistlərinin qarşısında aciz qalıb.
“ARB 24” telekanalının müxbirinin “Əgər sülh prosesindən danışırıqsa, Fransa Ermənistana niyə hücum silahları satır?” sualına E.Makron “Müttəfiqlərin bir-birinə dəstək məqsədilə silah-sursat göndərməsi adi bir haldır. Bu, beynəlxalq siyasətdə normal qarşılanır”, – deyə cavab verib.
O hətta suverenliyin qorunması məqsədilə və ətrafdan gələn potensial təhdidlərə qarşı birinə yardım göstərməyin qəribə qarşılanmamalı olduğunu da bildirib.
Bundan başqa, E.Makron guya Azərbaycanın Ermənistana hücum etməyə hazırlaşdığını da iddia etmək istəyib. Hətta 2020-ci ildə Azərbaycanın Ermənistana hücum etdiyini söyləyib.
Bu zaman digər jurnalist onun sözünü kəsərək “Beynəlxalq hüquq da sübut etdi ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, siz nə danışırsınız?” müdaxiləsini edib.
Başqa media nümayəndəsi isə mikrofonu götürərək E.Makronun üzünə “Beynəlxalq həqiqətlər var, beynəlxalq faktlar və beynəlxalq hüquq var. Bütün dünya görüb ki, Ermənistan işğalçı dövlətdir. Azərbaycan isə sadəcə tarixi ədaləti bərpa edib”, – sözlərini deyib.
Gözlənilməz müdaxilədən özünü itirən E.Makron isə bura debata gəlmədiyini deyərək vəziyyətdən çıxmağa çalışıb.
Ancaq onun əsaslı arqumentlər qarşısında aciz qaldığı gözlərdən qaçmayıb. Hətta E.Makron digər ölkələrdən olan jurnalistlərin fərqli suallarına belə məyus, pərt və dağınıq cavablar verərək azərbaycanlı jurnalistlərin sərt reaksiyalarının təsirində olduğunu bəlli edib.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
