Laçın-Xankəndi yolunda postun qoyulmasını labüd edən şərtlər
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan tərəfinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Laçın-Xankəndi yolundan sistemli və genişmiqyaslı şəkildə qanunsuz məqsədlər üçün sui-istifadə etdiyini və bundan qaynaqlanan təhlükəsizlik hədələrini nəzərə alaraq, Azərbaycan Hökuməti iki ölkə arasındakı sərhəddə, yolun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirib.
Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması barədə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
Bildirilib ki, üçtərəfli bəyanatın imzalanmasından keçən iki il yarım müddət ərzində rəsmi Bakı dəfələrlə Ermənistanın Laçın yolundan davamlı şəkildə sui-istifadə hallarına yol verməsinə diqqəti cəlb edib. Bu cür sui-istifadə hallarına Azərbaycan ərazisində qalmaqda davam edən erməni silahlı qüvvələrinin şəxsi heyətinin rotasiyası, onlara silah və sursatın daşınması, terrorçuların keçidi, habelə təbii sərvətlərin və mədəni mülkiyyətin qanunsuz daşınmasını misal göstərmək olar. Laçın yolundan minaların daşınaraq Azərbaycan ərazilərində basdırılması xüsusilə ağır fəsadlar törədir.
Nazirliyin bəyanatında o da bildirilir ki, sözügedən nəzarət mexanizmi Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirmə şəraitində həyata keçiriləcək.
#Laçın-Xankəndi yolu teqi istifadə olunub
- Şarl Mişel Xankəndiyə gedən yollardan yazdı: Avropadan Qarabağ açıqlaması
- Separatçıların çırpınmağı boşuna idi: Xankəndiyə gedən yolları Bakı seçir
- Diplomatlar Azərbaycan XİN-də toplandı: Qarabağla bağlı həqiqətlər çatdırılır
- Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması ilə bağlı rəsmi açıqlama
- Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları eyni anda açılır
