Pleyeri seçin:

Milli Cəbhə Partiyası prezident seçkiləri ilə bağlı bəyanat yaydı

08 fevral 2024 682 baxış

Razi Nurullayev Prezident İlham Əliyevi təbrik edib. Milli Cəbhə Partiyası prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, Vətən müharibəsində qalib gələrək Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin edən qəhrəman xalqımızın bütün ölkə ərazisində ilk dəfə iştirak etdiyi seçkilərə qatılmaq Milli Cəbhə Partiyası üzvlərinin və partiya funksionerlərinin yekdil qərarı ilə mümkün olub.

“7 fevral tarixində keçirilən seçkilərə hazırlıq müddətinin qısa olmasına baxmayaraq, Milli Cəbhə Partiyası bu seçkiləri partiyanın növbəti sınağı kimi dəyərləndirib. Seçki prosesində ölkədə mövcud olan demokratik mühit və fikir azadlığının dövlət təminatı Milli Cəbhə Partiyasının seçkiöncəsi prosesdə uğurlarının əsasını təşkil edib. Aparılan təbliğat və təşviqat işləri ölkənin ayrı-ayrı regionlarını, kəndləri, qəsəbələri, şəhərləri və paytaxt Bakını əhatə edib”.

Milli Cəbhə Partiyası bəyan edir ki, seçicilərin seçki məntəqələrinə tam və maneəsiz giriş imkanları təmin edilib, müşahidəçilər tərəfindən heç bir qanun pozuntusu qeydə alınmayıb.

“Seçkilərin ilkin nəticələrinə və ekzitpolların nəticələrinə görə Azərbaycan xalqının böyük etimadını qazanaraq növbəti müddətə Azərbaycan Prezidenti seçilən İlham Əliyevi Milli Cəbhə Partiyasının üzvləri, Seçki qərargahının üzvləri və Partiyanın sədri Razi Nurullayevin adından təbrik edir, Vətənə və millətimizə xeyirli olsun deyirik”, – deyə bəyanatda bildirilir.

Banner
Mehriban Əliyeva və No Fon Li Hanoyda İrs Evində olublar - Baku TV

Mehriban Əliyeva və No Fon Li Hanoyda İrs Evində olublar - Baku TV

Siyasət
21 noyabr 2026 682 baxış
Hanoyda Prezident və birinci xanımın şərəfinə rəsmi nahar verildi - Baku TV

Hanoyda Prezident və birinci xanımın şərəfinə rəsmi nahar verildi - Baku TV

Siyasət
21 noyabr 2026 682 baxış
Hanoyda İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verildi - Baku TV CANLI

Hanoyda İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verildi - Baku TV CANLI

Siyasət
21 noyabr 2026 682 baxış
Azərbaycan və Vyetnam arasında imzalanan sənədlər mübadilə olundu - Baku TV

Azərbaycan və Vyetnam arasında imzalanan sənədlər mübadilə olundu - Baku TV

Siyasət
21 noyabr 2026 682 baxış
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü oldu | Nələr müzakirə edildi? - Baku TV

İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü oldu | Nələr müzakirə edildi? - Baku TV

Siyasət
21 noyabr 2026 682 baxış
Vyetnamın dövlət başçısı Prezident İlham Əliyevi qarşıladı - Baku TV

Vyetnamın dövlət başçısı Prezident İlham Əliyevi qarşıladı - Baku TV

Siyasət
21 noyabr 2026 682 baxış
Sülhün açarı Bakı və İrəvandadır? | Rusiya rəsmisindən açıqlama - Baku TV

Sülhün açarı Bakı və İrəvandadır? | Rusiya rəsmisindən açıqlama - Baku TV

Siyasət
21 noyabr 2026 682 baxış
BTQ-nin saytı və hesabları hədəfdə | Rəqəmsal hücumların arxasında kimlər var? - Baku TV

BTQ-nin saytı və hesabları hədəfdə | Rəqəmsal hücumların arxasında kimlər var? - Baku TV

Siyasət
21 noyabr 2026 682 baxış
Elektron hökumət üzrə qlobal reytinqdə Azərbaycan 36 pillə irəliləyib - Baku TV

Elektron hökumət üzrə qlobal reytinqdə Azərbaycan 36 pillə irəliləyib - Baku TV

Siyasət
20 noyabr 2026 682 baxış
Ölkəmiz rəqəmsal hökumətin inkişaf səviyyəsinə görə dünya üzrə 38-ci olub

Ölkəmiz rəqəmsal hökumətin inkişaf səviyyəsinə görə dünya üzrə 38-ci olub

Siyasət
20 noyabr 2026 682 baxış
Seçilmişlər
icon