Pleyeri seçin:

Mişel çaş-baş qaldı: Azərbaycanlı jurnalistdən Qranada görüşünə damğa vuran sual

06 oktyabr 2023 496 baxış

Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel İspaniyanın Qranada şəhərində azərbaycanlı jurnalist, İctimai Televiziyanın (İTV) xəbərlər üzrə direktoru Fikrət Doluxanovun “Aİ Qarabağdan və Ermənistandan köçmək məcburiyyətində qalan 1 milyon azərbaycanlı ilə bağlı 30 il niyə susub?” sualına cavab verə bilməyib.

Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell isə bənzər suala qısaca cavab verib və sürətlə ərazini tərk edib.

F.Doluxanov daha sonra Şarl Mişeldən soruşub ki, Avropa İttifaqı niyə indi Ermənistanın adından danışır? Aİ bundan sonra tərəfsiz vasitəçi ola biləcəkmi?

Azərbaycanlı jurnalistin ilk sualını cavabsız qoyan Şarl Mişel belə açıqlama verib: “Aİ qərəzsiz vasitəçidir. Çünki bizim gizli gündəmimiz yoxdur. Bizim gündəmimiz aydındır. Bunlar regionda rifah, sabitlik, təhlükəsizlikdir. 3 il əvvəl mediasiyaya başladığımız vaxtdan bu istiqamətdə xeyli irəliləyiş əldə etmişik. Biz məhbus mübadiləsi kimi konkret nəticələr əldə etdik. Mina xəritələrinin mübadiləsi və sərhədlərin müəyyənləşdirilməsi üçün birgə komissiyaların yaradılması kimi konkret məsələlərdə irəliləyiş əldə olunub. Daha çox diplomatik səylərə ehtiyac olduğunu da anlayırıq”.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell isə Fikrət Doluxanovun "Avropa Ukrayna, Gürcüstan və Moldovada separatizmlə mübarizə aparır. Bəs niyə Azərbaycanda bunu etmir?" sualına "edirik" deyə qısaca cavab verib və sürətlə ərazini tərk edib.

Qeyd edək ki, Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-də keçirilmiş beştərəfli görüşdən imtina edib. Azərbaycan görüşdə Türkiyənin iştirakını təklif və israr edirdi. Lakin bu məsələdə Fransa və Almaniya xüsusi canfəşanlıq nümayiş etdirib və Azərbaycana təklif olunan beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) anti-Azərbaycan ab-havası formalaşıb.

Fransa rəsmilərinin ermənipərəst bəyanatları, XİN başçısının Ermənistana səfəri və hərbi əməkdaşlıq, silah-sursat veriləcəyi haqda açıqlamalar, Aİ Şurasının Prezidenti Şarl Mişelin Azərbaycanı ittiham edən açıqlaması fonunda Azərbaycan bu formatda danışıqlarda iştiraka lüzum görməyib.

Ərdoğan Nyu-Yorkda Paşinyanla nəyi müzakirə edib?

Ərdoğan Nyu-Yorkda Paşinyanla nəyi müzakirə edib?

Siyasət
25 sentyabr 2026 496 baxış
Hadisə ilə bağlı cinayət işi açıldı

Hadisə ilə bağlı cinayət işi açıldı

Siyasət
25 sentyabr 2026 496 baxış
Prezident İlham Əliyev "Brookfield Asset Management"in icraçı direktorunu qəbul edib - Baku TV

Prezident İlham Əliyev "Brookfield Asset Management"in icraçı direktorunu qəbul edib - Baku TV

Siyasət
25 sentyabr 2026 496 baxış
ABŞ-nin müdafiə nəhəngləri “ADEX”də: Azərbaycan üçün hansı imkanlar var? - HƏRBİ XRONİKA

ABŞ-nin müdafiə nəhəngləri “ADEX”də: Azərbaycan üçün hansı imkanlar var? - HƏRBİ XRONİKA

Siyasət
25 sentyabr 2026 496 baxış
Xəzərdə təxribat, yoxsa...? - Qazaxıstanlı hərbçiləri ölümə aparan hadisənin əsl səbəbi - Baku TV

Xəzərdə təxribat, yoxsa...? - Qazaxıstanlı hərbçiləri ölümə aparan hadisənin əsl səbəbi - Baku TV

Siyasət
25 sentyabr 2026 496 baxış
“Global Infrastructure Partners”in rəhbəri Bakıda | Nələr müzakirə edildi? - Baku TV

“Global Infrastructure Partners”in rəhbəri Bakıda | Nələr müzakirə edildi? - Baku TV

Siyasət
25 sentyabr 2026 496 baxış
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV

İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV

Siyasət
25 sentyabr 2026 496 baxış
ABŞ-Çin arasında böyük sövdələşmə: kim nədə güzəştə gedəcək? - AKTUAL GÜNDƏM

ABŞ-Çin arasında böyük sövdələşmə: kim nədə güzəştə gedəcək? - AKTUAL GÜNDƏM

Siyasət
25 sentyabr 2026 496 baxış
Dünyanın nüfuzlu investisiya şirkətinin rəhbəri Azərbaycanda - Baku TV

Dünyanın nüfuzlu investisiya şirkətinin rəhbəri Azərbaycanda - Baku TV

Siyasət
25 sentyabr 2026 496 baxış
Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV

Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV

Siyasət
25 sentyabr 2026 496 baxış
Seçilmişlər
icon