NATO Baş katibi : Putinin istəyinin əksi oldu
Yeniliklərdən dərhal xəbərdar olun
“Finlandiya Şimali Atlantika Alyansına qoşulduqda NATO-nun Rusiya ilə sərhədinin uzunluğu iki dəfədən çox artacaq”.
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq martın 20-də Brüsseldə Finlandiyanın xarici işlər naziri Pekka Haavisto və müdafiə naziri Antti Kaykkonenlə birgə brifinq zamanı deyib. Məlumatı Şimali Atlantika Alyansının mətbuat xidməti təsdiqləyib.
“Putin Ukraynaya Avropada daha az NATO görmək məqsədilə daxil olub. Lakin bunun tam əksi olur. Avropada daha çox NATO olacaq. Bunu həm Finlandiyanın, həm də İsveçin Alyansa tamhüquqlu üzv olması üçün müraciət etməsi sübut edir. Finlandiya Şimali Atlantika Alyansına qoşulduqda NATO-nun Rusiya ilə sərhədinin uzunluğu 1 300 kilometr artacaq”, - deyə Y.Stoltenberq bildirib.
#Yens Stoltenberq teqi istifadə olunub
- Keçmiş baş katib alyansın gələcəyi barədə danışdı
- Putinin işğal siyasətinin acı nəticəsi | Ukrayna Avropaya daha da yaxındır - Baku TV
- NATO-nun yeni Baş katibi vəzifəsinin icrasına başladı
- Peskov NATO rəhbərliyinin Putinin bəyanatlarını nəzərə almaq istəməməsini belə adlandırdı
- Bayden Stoltenberqin gördüyü işlərdən danışdı | Sizin sayənizdə...
