Pleyeri seçin:

Nə qədər ki, Rusiyanın başı qarışıb... | ABŞ İrəvanı nəyə çağırır?

13 iyun 2024 590 baxış

“İrəvanla Bakı arasında sülh müqaviləsi imzalamaq imkanı var, çünki Rusiya hazırda çətinliklə üzləşib, bəlkə də, bir ildən sonra bu cür çətinlikdə olmayacaq. Ona görə də fürsət pəncərəsi var. Biz indi bunun üzərində işləyirik”.

Bu sözləri ABŞ Dövlət katibinin müavini Ceyms Obrayen “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində deyib.

“Rusiya demək istəyir ki, Ukraynada qalib gələndən sonra Qafqaza qayıdacaq, lakin Rusiya Ukraynada qalib gəlməyəcək və Qafqaza qayıtmayacaq, baxmayaraq ki, uzun müddətdir buradadır. İndi Ermənistan vətəndaşlarının bunu deməsinin vaxtıdır: “Biz qərara gəldik və geriyə yox, irəli getmək istəyirik”. İndi irəli getmək imkanı var, çünki Rusiya Ukraynada ilişib qalıb”.

Onun sözlərinə görə, ABŞ Ermənistanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldıracağını bəyan edib. O izah edib ki, bu, Ermənistanla demokratiyanın gücləndirilməsi, təhlükəsizliyi, məsələn, polis və sərhəd qoşunları və iqtisadiyyatın diversifikasiyası üçün işləmək deməkdir:

“Ermənistan qlobal ticarət apara bilməli və indiki kimi Rusiyadan asılı olmamalıdır. Bunlar üzərində işləməyə davam edəcəyimiz sahələrdən bəziləridir. Bizim Azərbaycanla bir çox cəhətdən səmərəli və konstruktiv münasibətlərimiz var və biz hər iki tərəflə işləyəcəyik.

Çox şad olarıq ki, şirkətlərə maliyyə yardımı göstərək və onlarla əməkdaşlıq edək ki, onlar sülh sazişindən sonra dinc regionun imkanlarından istifadə etmək üçün bura gəlsinlər.

Biz Ermənistan və Azərbaycanla tərəfdaşların bir-birinə kömək etdiyi bütün yollarla işləməyə hazırıq. Gürcüstan və Ermənistan Avropa Birliyinə və vahid bazara daha yaxın olmaqda maraqlıdır və hesab edirəm ki, belə inteqrasiya yalnız İrəvanla Bakı arasında saziş imzalandıqdan sonra mümkündür”.

C.Obrayen bir daha Zəngəzur dəhlizini dəstəklədiyini bu sözlərlə ifadə edib:

“Bu sənəd Qazaxıstandan Türkiyəyə keçərək Aralıq dənizinə və ya Qara dənizə çatan bir ticarət yoluna sahib olmaq imkanı verəcək. Bu marşrut artıq mövcud olan, Azərbaycan ərazisindən keçərək Gürcüstana və Qara dənizə qədər uzanan marşrutu tamamlayacaq.

Bu iki marşrut birlikdə Orta Asiya ölkələrinə Rusiya və ya Çindən asılı olmayaraq dünya bazarına çıxış imkanı verəcək. Biz bu ehtimalı qətiyyətlə dəstəkləyirik”.

Qeyd edək ki, Ceyms Obrayen 10 iyunda İrəvana gəlib. Səfər 12 iyunda başa çatacaq.

Banner
Qazanılan qələbə regionda hansı reallıqları yaratdı?

Qazanılan qələbə regionda hansı reallıqları yaratdı?

Siyasət
09 noyabr 2026 590 baxış
Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM

Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM

Siyasət
09 noyabr 2026 590 baxış
9 Noyabr - Azərbaycanın hər yerində qürurla dalğalanan üçrəngli bayrağımızın günüdür - Baku TV

9 Noyabr - Azərbaycanın hər yerində qürurla dalğalanan üçrəngli bayrağımızın günüdür - Baku TV

Siyasət
09 noyabr 2026 590 baxış
Azərbaycanda Dövlət Bayrağı Günüdür | Trampla demokratlar arasında qarşıdurma - YENİ BİR SƏHƏR

Azərbaycanda Dövlət Bayrağı Günüdür | Trampla demokratlar arasında qarşıdurma - YENİ BİR SƏHƏR

Siyasət
09 noyabr 2026 590 baxış
Millət vəkili tarixi qələbəmizdən danışdı | Zəfərin 6-cı ili - Baku TV

Millət vəkili tarixi qələbəmizdən danışdı | Zəfərin 6-cı ili - Baku TV

Siyasət
09 noyabr 2026 590 baxış
İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV

İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV

Siyasət
09 noyabr 2026 590 baxış
Tarixi Zəfərdən sonra Azərbaycanın siyasi və strateji mövqeyi necə dəyişdi? - Baku TV

Tarixi Zəfərdən sonra Azərbaycanın siyasi və strateji mövqeyi necə dəyişdi? - Baku TV

Siyasət
09 noyabr 2026 590 baxış
Qazanılan qələbə regionda hansı dəyişikliklərə yol açdı? - Baku TV

Qazanılan qələbə regionda hansı dəyişikliklərə yol açdı? - Baku TV

Siyasət
09 noyabr 2026 590 baxış
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - Baku TV

Siyasət
09 noyabr 2026 590 baxış
Azərbaycan və Türkiyə ittifaqı Cənubi Qafqazda qüvvələr nisbətinin əsas dayağıdır - Baku TV

Azərbaycan və Türkiyə ittifaqı Cənubi Qafqazda qüvvələr nisbətinin əsas dayağıdır - Baku TV

Siyasət
09 noyabr 2026 590 baxış
Seçilmişlər
icon