Pleyeri seçin:

Netanyahu: İsrailə zərər vermək istəyənlər zərər görəcəklər

10 may 2023 287 baxış

İsrail Ordusu Qəzza zolağında Fələstinin “İslami Cihad” radikal qruplaşmasının 10 obyektini sıradan çıxarıb.

Ordunun mətbuat xidmətinin məlumatına görə, İsrailin Müdafiə Qüvvələri qruplaşmaya məxsus 6 hərbi obyekti vurub, onların əksəriyyəti bu terror təşkilatının silah anbarları və logistika infrastrukturu kimi istifadə edilib.

İran isə İsrailin Qəzzaya qarşı hücumları qarşısında beynəlxalq təşkilatların və Qərb ölkələrinin səssizliyi və hərəkətsizliyini pisləyib. Ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani bildirib ki, hücumlarda Fələstin müqavimət hərəkatı "İslami Cihad" liderləri ilə yanaşı, qadın və uşaqların da həyatına son qoyub.

Ötən həftə həm də İsrailin molla rejiminin iki gənci edam etməsinə münasibət bildirməsi gərginliyi artırıb. Çünki açıqlamada “Bəşəriyyətin və azadlığın düşməni olan İslam Respublikası daha iki gənci asıb. Çünki onlar cinayətkar İslam Respublikasının ideyalarını qəbul etmirdilər. Dünya bu qətl maşınını dayandırmalıdır”, – kimi fikirlər səsləndirilir.

Bir sözlə, İsrail və İran arasında “atışmalar” bir xeyli intensiv hal alıb. Hətta vəziyyət o yerə çatıb ki, İsrail tərəfi İranla müharibə ehtimalını da mümkün görür. Baş nazir Benyamin Netanyahu İsrailin təhlükəsizlik problemlərinin 95%-nin İrandan qaynaqlandığını deyib. İranın bir neçə cəbhədə İsrailə qarşı müharibə cəhdinə görə mübarizə apardıqlarını ifadə edən Netanyahu “İranın ətrafımızda terror cəbhələri yaratmasının qarşısını almaq üçün əlimizdən gələni edəcəyik”, – deyə sözlərinə əlavə edib.

Banner
Yeni konstitusiya ilə yeni siyasi mərhələ başlayır? - AKTUAL GÜNDƏM

Yeni konstitusiya ilə yeni siyasi mərhələ başlayır? - AKTUAL GÜNDƏM

Siyasət
03 noyabr 2026 287 baxış
Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV

Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV

Siyasət
03 noyabr 2026 287 baxış
AXCP sədrinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Baku TV

AXCP sədrinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Baku TV

Siyasət
03 noyabr 2026 287 baxış
İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

Siyasət
03 noyabr 2026 287 baxış
İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

Siyasət
03 noyabr 2026 287 baxış
Türkiyə Prezidenti təyyarədən Azərbaycan xalqını təbrik etdi - Baku TV CANLI

Türkiyə Prezidenti təyyarədən Azərbaycan xalqını təbrik etdi - Baku TV CANLI

Siyasət
02 noyabr 2026 287 baxış
Cənubi Koreyaya gedən Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyaya gedən Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
02 noyabr 2026 287 baxış
Trampın İran dilemması: razılaşma, yoxsa müharibə - AKTUAL GÜNDƏM

Trampın İran dilemması: razılaşma, yoxsa müharibə - AKTUAL GÜNDƏM

Siyasət
02 noyabr 2026 287 baxış
Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı

Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı

Siyasət
02 noyabr 2026 287 baxış
Zelenski G20 sammitində iştirak edəcək? | Bakı-İrəvan sülh prosesi müzakirə olunub - YENİ BİR SƏHƏR

Zelenski G20 sammitində iştirak edəcək? | Bakı-İrəvan sülh prosesi müzakirə olunub - YENİ BİR SƏHƏR

Siyasət
02 noyabr 2026 287 baxış
Seçilmişlər
icon