Oyun bitdi: erməni bloger separatçıları belə ifşa etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Yalanın əvəzi həmişə acı olur. Köçəryan, Saakyan, Arutyunyan, Vardanyan və bütün bu cinayətkarlar 35 il yalan danışdılar. Çıxışları ilə Azərbaycanı ələ salıb, gənclərə yalandan inandırdılar ki, guya biz Qarabağ erməniləri soyuqqanlıyıq, bizdən yaxşısı yoxdur”.
Bu sözləri erməni bloger Roman Baqdasaryan deyib.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev hərbçilərin yüksək səviyyədə təhsil almasını təmin etdiyi halda, Qarabağ klanı pulu şouya və yalan təbliğata yatırıb:
“Erməni siyasətçilər 35 ildir gənclərin psixikasını şikəst ediblər. Bir çox oğlanı narkomana çevirdilər. Araik onlara insanları çərçivəyə salıb həbsxanaya atmağı öyrədirdi. Bütün bu mafiya 35 ildir ki, cinayətə cəlb olunanların sayını artırır və bu zaman Əliyev təhsilə milyonlar xərcləyir, hərbçiləri dünyanın ən yaxşı institutlarına oxumağa göndərirdi. Azərbaycan təhsilə, Qarabağ klanı isə şou və yalan təbliğata pul yatırıb”.
#Ermənistan teqi istifadə olunub
- Ara yenidən qarışdı: Paşinyanın hansı qərarı Moskvanı narahat edir? - Baku TV CANLI
- İranın Ali Rəhbərinin müşaviri Ermənistanın TRIPP layihəsində iştirakına etiraz edib - Baku TV CANLI
- Qovulan azərbaycanlıların kəndindən qalan məscid | Xələcdə üzə çıxan tarixi tapıntı - Baku TV
- Tarixi sənədlərdə Xələc kəndi ilə bağlı hansı məlumatlar yer alır? - Baku TV
- Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib
