Özbəkistan Xankəndidə nə yaradacaq? - Prezidentdən mühüm açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Bu gün biz rəsmən müttəfiqlər olduq. Bu, tarixi məqamdır”.
Prezident İlham Əliyev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə mətbuata bəyanatında belə deyib.
Dövlət başçısı müttəfiqlik münasibətlərinə dair müqavilənin iki ölkənin imzalaya biləcəyi ali səviyyəli beynəlxalq sənəd olduğunu vurğulayıb.
“Biz bu gün Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldu. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək”, – Prezident İlham Əliyev deyib.
Azərbaycan Prezidenti qeyd edib ki, bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi ərazilərə çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistanla Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır.
Dövlətimizin başçısı özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə danışıqlarda işğaldan azad olunmuş Xankəndi şəhərində yüngül sənaye müəssisəsinin yaradılması layihəsini müzakirə etdiklərini bildirib.
“Bu, xalqlarımızın qardaşlığının və dostluğunun daha bir rəmzidir. Biz həmişə – istər işğal dövründə, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra özbək xalqının qardaş dəstəyini hiss etmişik. Mən bu gün bu barədə danışmışam, Özbəkistan ilk ölkədir ki, Prezidentin təşəbbüsü ilə bizə mənəvi dəstək göstərməklə yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək edib”, – deyə Prezident İlham Əliyev bildirib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
