Özbəkistana mühüm səfər | Prezidentin rəsmi qarşılanma mərasimindən görüntülər - Baku TV
Avqustun 23-də Daşkənddəki "Kuksaroy" Dövlət İqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Azərbaycanın və Özbəkistanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qarşılayıb.
Azərbaycanın və Özbəkistanın Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Özbəkistanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Şavkat Mirziyoyevə təqdim edilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.
Dövlət başçıları birgə foto çəkdiriblər.
#İlham Əliyev teqi istifadə olunub
- Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - Baku TV
- İlham Əliyevin Kambocanın Baş naziri ilə görüşü barədə detallar - Baku TV
- Prezident İlham Əliyev ticarət dövriyyəsinin artırılması üçün yeni imkanlardan danışıb - Baku TV
- Bakıda diqqətçəkən görüş: İlham Əliyev və Ramzan Kadırov birgə nahar etdilər - Baku TV
- Çeçenistan Respublikasının başçısı Bakıda səfərdədir - Baku TV
