Paşinyan hakimiyyəti ifşa edildi: erməni fəalın separatçılarla bağlı haqlı iddiaları
Yeniliklərdən dərhal xəbərdar olun
Erməni bloger İşxan Verdyan özünün “Telegram” kanalında növbəti paylaşımı ilə yenə Ermənistan hakimiyyətini ifşa edib.
O, Baş nazir Nikol Paşinyana ünvanlandığı haqlı suallarla Qarabağdakı silahlı birləşmələrin Ermənistan dövlətindən dəstək aldığını, maliyyələşdirildiyini bir daha ortaya qoyub:
“Əgər hazırda Qarabağda erməni silahlı qüvvələri həqiqətən yoxdursa, o zaman Nikol Paşinyana üç sual vermək istəyirəm: Niyə bu hərbçilər Ermənistanın dövlət büdcəsindən, yəni mənim ödədiyim vergidən maliyyələşir? Nə üçün bu hərbi qulluqçuların komandanlığı Ermənistan baş qərargahı tərəfindən əlaqələndirilir? Nə üçün Ermənistanda məhkəmələr 44 günlük müharibədən qalan Qarabağ komandirlərini mühakimə edirlər?”
“Beynəlxalq ictimaiyyəti istədiyiniz qədər aldada bilərsiniz, amma məni, Ermənistan Respublikasının məsuliyyətli vətəndaşını aldada bilməzsiniz”, – deyə erməni bloger İşxan Verdyan qeyd edib.
#Nikol Paşinyan teqi istifadə olunub
- Ara yenidən qarışdı: Paşinyanın hansı qərarı Moskvanı narahat edir? - Baku TV CANLI
- Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu
- İrəvanın yeni planı Moskva ilə münasibətləri pozacaq? - Baku TV CANLI
- Ermənistan Avropaya inteqrasiya yolunda Rusiyanın təsirindən qurtula biləcəkmi? - Baku TV
- Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV
