Pleyeri seçin:

Paşinyan Sankt-Peterburqda İlham Əliyevlə söhbət imkanını əldən vermədi

27 dekabr 2023 466 baxış

Dekabrın 26-da siyasi gündəmi zəbt edən əsas hadisələrdən biri Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi sammiti olub.

Prezident İlham Əliyev də rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə həmin tədbirə qatılıb. Sammitdə diqqətçəkən digər məqam uzun zamandır KTMT-nin toplantılarına qatılmayan Ermənistanın Baş naziri Nikol Paşinyanın Sankt-Peterburqdakı görüşə təşrif buyurması olub.

Tədbir çərçivəsində N.Paşinyan ayrı-ayrılıqda Vladimir Putinlə və Prezident İlham Əliyevlə ayaqüstü söhbət imkanını da əldən buraxmayıb. Ermənistan hökuməti tərəflər arasında təmasların olduğunu açıqlayıb. Liderlərin sülh gündəmindəki məsələləri müzakirə etdikləri vurğulanıb.

Rusiyalı hərbi ekspert Yevgeni Mixaylov Baku TV-yə açıqlamasında bildirib ki, dekabrın 26-da baş tutan görüş müsbət qiymətləndirilir, müəyyən ilkin razılaşmalar əldə olunacaq:

“Avrasiya İqtisadi İttifaqı Ermənistan üçün əhəmiyyətlidir və buna görə də N.Paşinyan sammitə qatılıb. Avrasiya puldur, iqtisadiyyatdır, ermənilər isə pulu sevirlər, saymağı bacarırlar, uğrunda bir çox yola əl atırlar. Onu da vurğulamaq yerinə düşər ki, Ermənistan üçün kənd təsərrüfatı bazarının 90%-ni Rusiya təşkil edir.

Rusiyadan Ermənistana pul axınının sürəti getdikcə artır. İlham Əliyevlə N.Paşinyanın əl-ələ görüşməsi və qısa söhbət etmələri təkcə sammitdə iştirak edənlərin deyil, həm də Ermənistanda olanların diqqətini çəkib”.

Onun sözlərinə görə, bu görüşdən sonra Vladimir Putin əlindən gələni edəcək ki, Ermənistan tərəfi öncədən razılaşdırılmış, üzərinə düşən öhdəlikləri yerinə yetirsin:

“Sülh müqaviləsinin imzalanması üçün bunlar tamamlanmalıdır. Söhbət ilk olaraq Zəngəzur dəhlizinin açılmasından gedir. Hazırda Ermənistanın Qərb tərəfdaşları bunun qarşısını alır. Onların öz istəkləri var. Müqavilənin imzalanması məsələsini gecikdirirlər. Moskva, əlbəttə ki, tədbirlər görəcək, lakin qərar Azərbaycan, Rusiya, Ermənistan, Türkiyə və İran arasında razılaşdırılıb verilməlidir. Bunlar region ölkələridir.

Qərb isə buradan uzaqdır və onun sülh müqaviləsi variantları heç kəsi maraqlandırmır. Biz görürük ki, Azərbaycan Amerikanın, Fransanın, Avropa Birliyinin davranışlarına, təzyiqlərinə necə müqavimət göstərir. Amma Ermənistan buna müqavimət göstərmir, hər şeydən razıdır”.

Yevgeni Mixaylov onu da bildirib ki, Fransa və digər Qərb ölkələri əllərini Ermənistanın üzərindən çəksələr, təzyiqlər göstərməsələr, Nikol Paşinyan yenidən Rusiyaya sığınacaq və sülh müqaviləsinin imzalanması üçün tələb olunan şərtləri qısa zamanda yerinə yetirəcək.

Prezidentin iştirakı ilə 11 sənədin mübadiləsi mərasimi keçirildi - Baku TV

Prezidentin iştirakı ilə 11 sənədin mübadiləsi mərasimi keçirildi - Baku TV

Siyasət
26 sentyabr 2026 466 baxış
“Minkənd” KSES-in açılışı olub, “Tekstil Klasteri” üzrə istehsal müəssisəsinin təməli qoyulub

“Minkənd” KSES-in açılışı olub, “Tekstil Klasteri” üzrə istehsal müəssisəsinin təməli qoyulub

Siyasət
26 sentyabr 2026 466 baxış
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib

Siyasət
26 sentyabr 2026 466 baxış
“Bir çoxları Azərbaycandan idxal etməli olur, buna görə də...” | Prezident - Baku TV

“Bir çoxları Azərbaycandan idxal etməli olur, buna görə də...” | Prezident - Baku TV

Siyasət
26 sentyabr 2026 466 baxış
"Burada çox böyük potensial var" | Prezident investorları maraqlandıran sahələrdən danışdı - Baku TV

"Burada çox böyük potensial var" | Prezident investorları maraqlandıran sahələrdən danışdı - Baku TV

Siyasət
26 sentyabr 2026 466 baxış
Bakı müxtəlif ölkələrin nümayəndələrini beynəlxalq forumda bir araya gətirib - Baku TV

Bakı müxtəlif ölkələrin nümayəndələrini beynəlxalq forumda bir araya gətirib - Baku TV

Siyasət
26 sentyabr 2026 466 baxış
"Yeni müqavilələr imzalanıb" | Prezident İlham Əliyev ixrac məsələsindən danışdı - Baku TV

"Yeni müqavilələr imzalanıb" | Prezident İlham Əliyev ixrac məsələsindən danışdı - Baku TV

Siyasət
26 sentyabr 2026 466 baxış
İqtisadi sahədə ölkəmiz üçün prioritetlər | "Uzun müddətdir ki, bunun üzərində işləyirik" - Baku TV

İqtisadi sahədə ölkəmiz üçün prioritetlər | "Uzun müddətdir ki, bunun üzərində işləyirik" - Baku TV

Siyasət
26 sentyabr 2026 466 baxış
"Beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" | İlham Əliyev - Baku TV

"Beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" | İlham Əliyev - Baku TV

Siyasət
26 sentyabr 2026 466 baxış
"Özümüzü nə qədər tərifləsək..." | Prezidentin iştirak etdiyi forumda diqqətçəkən anlar - Baku TV

"Özümüzü nə qədər tərifləsək..." | Prezidentin iştirak etdiyi forumda diqqətçəkən anlar - Baku TV

Siyasət
26 sentyabr 2026 466 baxış
Seçilmişlər
icon