Paşinyan və Kobaxidzenin görüşü nələrlə yadda qaldı? | Baş nazirdən vacib açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan sülh müqaviləsinin razılaşdırılmayan bəndləri ilə bağlı öz təkliflərini Bakıya göndərib və cavab gözləyir.
Onun sözlərinə görə, İrəvan Azərbaycanla sülh gündəliyinin həyata keçirilməsi istiqamətində səylərini davam etdirəcək.
N.Paşinyan həmçinin bildirib ki, danışıqlarda İ.Kobaxidzeyə Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası prosesinin gedişi və əldə olunmuş razılaşmalar barədə məlumat verib.
Ermənistan lideri gürcü həmkarı ilə görüşdə Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası məsələlərini də müzakirə edib. Tərəflər bu istiqamətdə işlərin daha da sürətləndirilməsi barədə razılığa gəliblər.
Qeyd edək ki, daha əvvəl İrəvanda keçirilən danışıqlarda Gürcüstan tərəfi Ermənistan-Azərbaycan nizamlanması üzrə vasitəçilik səylərinə hazır olduğunu bəyan edib.
#Gürcüstan teqi istifadə olunub
- Gənc soydaşlarımız 44 günlük müharibənin çətin və şərəfli yolunu canlandırdı - Baku TV
- "Zəfərdən Doğan Qürur" | Qonşu ölkədə tarixi Qələbəmiz qürurla qeyd olundu - Baku TV
- Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI
- İki qardaşı eyni anda hədəf alan silahlı şəxslər kimdir? - 24 SAAT
- Ləmbəlidə qanlı hadisə | Qardaşlara kim hücum etdi? - Baku TV CANLI
