Paşinyanın etdiyi erməniləri qəzəbləndirdi | Ermənistan qarışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın “İctimai” radiosuna müsahibə üçün gələn Baş nazir Nikol Paşinyanın davranışı ölkədə müzakirələrə səbəb olub.
Belə ki, o, binaya daxil olarkən vaxtilə Qarabağda mövcud olan qondarma rejimin “bayrağ”ını görüb və onun ərazidən götürülməsini əmr edib.
Bu barədə radionun əməkdaşları mediaya məlumat ötürüblər. Bildirilib ki, əraziyə gələn səlahiyyətli şəxslər N.Paşinyanın xəbərdarlığını radio rəhbərliyinə çatdırıblar. Bundan sonra əski parçası binanın önündən yığışdırılıb.
Məsələ ilə bağlı Ermənistan mətbuatında yayımlanan məqalədə qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycan bayrağı Xankəndidə ucaldıldı. 44 günlük müharibə başladığı gündən etibarən məlum idi ki, bu baş verəcək. Nikol Paşinyanın “Qarabağ Azərbaycandır” deməsi məqalədə xüsusi vurğulanıb.
#Nikol Paşinyan teqi istifadə olunub
- Ara yenidən qarışdı: Paşinyanın hansı qərarı Moskvanı narahat edir? - Baku TV CANLI
- Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu
- İrəvanın yeni planı Moskva ilə münasibətləri pozacaq? - Baku TV CANLI
- Ermənistan Avropaya inteqrasiya yolunda Rusiyanın təsirindən qurtula biləcəkmi? - Baku TV
- Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV
