Paşinyanın Lukaşenkonun yanında əyləşməsi müzakirələrə səbəb oldu | Nələr danışıldı?
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 9-da Moskvada keçirilən Qələbə paradında Ermənistan Baş naziri Nikol Paşinyanın Belarus Prezidenti Aleksandr Lukaşenkonun yanında əyləşməsi ilə bağlı müzakirələr davam edir.
Bu barədə “Past” qəzeti Belarus mənbələrinə istinadla yazıb.
Erməni nəşri bildirib ki, N.Paşinyan və A.Lukaşenko arasında münasibətlər çoxdan pisdir:
“Hər iki tərəf mütəmadi olaraq bir-birinə qarşı bəyanatlar verir, demək olar ki, diplomatik təmaslar dayandırılıb. Amma Moskvada guya əlifba sırasını nəzərə alaraq N.Paşinyan həm konsertdə, həm də paradda A.Lukaşenkonun yanında əyləşib. Bəzi hallarda Belarus Prezidenti N.Paşinyana nəsə deməyə çalışırdı. Yayılan görüntülərdə N.Paşinyanın Belarus Prezidentini böyük həvəslə dinlədiyi görünür”.
Belarus mətbuatı Nikol Paşinyan və Aleksandr Lukaşenkonun nədən danışdıqlarını öyrənməyə çalışıb.
Belarus mənbələrinin məlumatına görə, A.Lukaşenko N.Paşinyandan paradda iştirak üçün niyə hərbi kontingent göndərməməsinin səbəbini soruşub.
“Bura oturmağa gəlmisən, başqa nə edəcəksən? Azərbaycan hərbi kontingenti keçərkən alqışlayırsınız, bəs siz? Kontingent göndərmədiniz, yaxşı olmazdımı ki, indi sizin erməni qoşununuz buradan keçsəydi, qürurla alqışlayardınız, xüsusən də Sovet İttifaqının tərkibində qələbə uğrunda mübarizədə iştirak etmiş ölkə olduğunuz üçün?”, – A.Lukaşenko bildirib.
#Ermənistan teqi istifadə olunub
- 1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV
- Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- “Biz döyüş meydanında cavab verdik, kimin kim olduğunu hər kəs gördü” | Prezident - Baku TV
- “Onlar bəzilərinin qucağına sığınmışdılar, Bakıya tanklarla gəlmək istəyirdilər...” | Prezident
- "İşğalla barışmaq niyyətində deyildik" - Prezident ölkəmizə qarşı qarayaxma kampaniyasından danışdı
