Peskov Azərbaycan və Ermənistan liderlərinin gözlənilən görüşünü şərh edib
Yeniliklərdən dərhal xəbərdar olun
“Kreml Azərbaycan və Ermənistan liderlərinin mayın 25-də Moskvada keçiriləcək görüşlərinin səmərəli olacağına ümid edir”.
Bunu “Report”a açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Ayın 25-i həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Ermənistanın Baş naziri Nikol Paşinyan burada olacaq. Prezidentimizlə təmasların olacağına da ümid edirik. Hazırda bununla bağlı hazırlıq gedir. Nəticələrin nə qədər səmərəli olacağını isə zaman göstərəcək”, – deyən Peskov onu da qeyd edib ki, KİV vasitəsilə qarşılıqlı əlaqə Rusiya və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın ümumi kompleksinin mühüm hissəsidir.
“Media vasitəsilə dialoq son dərəcə vacib və faydalıdır. Ümid edirik ki, bu proses davam edəcək və daha da genişlənəcək”, – deyə Kremlin sözçüsü əlavə edib.
#Dmitri Peskov teqi istifadə olunub
- Peskovdan müharibə barədə açıqlama | "Rusiya bütün gücü ilə döyüşə davam edəcək" - Baku TV
- "Putin bunu bilir ki..." | NATO və Rusiya arasında qalan Kalininqradın taleyi necə olacaq? - Baku TV
- Rusiyalı nüvə mütəxəssisləri İrana niyə qayıdıb? - Baku TV
- Üçgünlük atəşkəs təşəbbüsü yeni danışıqlar üçün imkan yarada bilər? - Baku TV
- Putin-Tramp-Zelenski arasında üçtərəfli görüş keçiriləcək? - Baku TV
