Pezeşkian Azərbaycandan İrana hücum iddialarına son nöqtəni belə qoydu
“Prezident Məsud Pezeşkian Azərbaycan Respublikasından İrana hava hücumu edildiyini qəbul etmir”.
Bunu Təbrizin İran parlamentindəki nümayəndəsi Əlirza Novin deyib.
“Prezident Məsud Pezeşkianın Təbrizə son səfəri zamanı onunla görüşümdə ölkənin şimal-qərbinin müdafiəsinin gücləndirilməsinin vacibliyini vurğuladım. Azərbaycan Respublikasından hücumların qeyri-rəsmi sübutlarına baxmayaraq, Prezident bunu qəbul etmədi”, ‒ millət vəkili bildirib.
Əlirza vurğulayıb ki, Pezeşkian qarşısında Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan və Kürdüstan əyalətlərində müdafiə infrastrukturunun gücləndirilməsi barədə məsələ qaldırıb.
Qeyd edək ki, Əlirza Novinin keçirdiyi bu mətbuat konfransı və Azərbaycandan İrana hücumlar barədə cəfəng iddialarından bir gün sonra Şərqi Azərbaycan əyalətinin Nümayəndələr Məclisinin iclası baş tutub və Əlirza Novin Nümyəndələr Məclisinin sədrliyindən çıxarılaraq onun yerinə Əhər və Heris şəhərlərinin millət vəkili Beytullah Abdullahi seçilib.
#İran teqi istifadə olunub
- Çinin peyk görüntüləri ilə bağlı iddialara Pezeşkian nə cavab verdi? - Baku TV CANLI
- Ermənistan Qərbə yönəldiyi vaxtda İranla maraqlarını necə balanslaşdıracaq? - Baku TV
- Ermənistan və İran arasında ABŞ-də vacib görüş: Tərəflər nələri müzakirə etdi? - Baku TV
- ABŞ və Rusiya nazirlərinin Ukrayna və İran müzakirəsi necə nəticə verəcək? - ANA XƏBƏR
- Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV
