Prezidentin köməkçisi Ermənistanın silahlandırılmasından danışdı | Bu, əslində, necə olmalıdır?
“Ermənistan tərəfindən silahlanma və militarizasiya proqramı həyata keçirilir və bunun arxasında duran əsas qüvvələrdən biri Avropa İttifaqı və NATO üzv ölkəsi olan Fransa Respublikasıdır”.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fəxri xiyabanı ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Fransa özünün beynəlxalq öhdəliklərinə zidd olaraq belə bir silahlandırılma proqramında iştirak edir:
“Ermənistanın silahlandırma proqramı ilə əlaqədar Azərbaycanın xüsusi qeydi ondan ibarətdir ki, Ermənistan işğalçı və təcavüzkar dövlət olub. İşğalçı və təcavüzkar dövlətlərə münasibətdə İkinci Dünya Müharibəsindən sonrakı beynəlxalq münasibətlər sisteminin təcrübəsi də onu göstərir ki, müəyyən bir məhdudiyyətlər olmalıdır. Çünki beynəlxalq münasibətlərin məcəllələşdirilməsi prosesi İkinci Dünya müharibəsindən sonra başlayıb.
Bu prosesdən sonra dünyada çox azsaylı ölkələr var ki, işğal və təcavüz törədib. Ermənistan da belə bir cinayət törətmiş ölkədir. Bu baxımdan Ermənistanın silahlandırılması məsuliyyəti parametrlər çərçivəsində olmalıdır”.
#Hikmət Hacıyev teqi istifadə olunub
- Hikmət Hacıyev Dohada keçirilən beynəlxalq forumda vacib mesajlar verdi - Baku TV
- Dohada vacib görüş | Azərbaycanla Qətər arasında əlaqələr müzakirə olundu - Baku TV
- Hikmət Hacıyev NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri ilə görüşdü
- Kərki kəndinin qaytarılması Ermənistanda niyə təşviş yaradır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
- Putin Uitkoffla görüşəcək | Zelenskidən kritik açıqlama | Ərdoğan İrana niyə gedir? - YENİ BİR SƏHƏR
