Proses başladı: Ermənilərlə ilk görüş
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Qarabağda öz torpaqlarına sahib çıxdığı kimi, indi də öz vətəndaşlarına sahib çıxır.
Azərbaycan nümayəndə heyətinin Qarabağda yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşməsi də bunun əyani sübutudur. Əbəs yerə deyil ki, görüş zamanı Qarabağda yaşayan erməni əhalinin Azərbaycana reinteqrasiyasına dair ilkin müzakirələrə xüsusi yer verilib. Bu baxımdan ilk addımın atılmasını yalnız müsbət hal kimi qiymətləndirmək olar.
Sirr deyil ki, Ermənistan ali-siyasi rəhbərliyi və qondarma qurum Qarabağla bağlı qərar vermək iqtidarını itirib. Ona görə də erməni sakinlərin rəsmi Bakı ilə birbaşa danışıqlara getməsi onlar üçün ən optimal variantdır. Çünki özləri də yaxşı başa düşürlər ki, mövcud şəraitdə uzun müddət yaşamaq ağlabatan deyil və Azərbaycanın Qarabağ üzərindəki hakimiyyətini tanımaq, o cümlədən reinteqrasiya prosesində birbaşa iştirak etmək lazımdır.
Qeyd edək ki, Prezident İlham Əliyev 59-cu Münhen Təhlükəsizlik Konfransında bu məsələni nəzərə alaraq normallaşma prosesinin iki istiqamət üzrə inkişaf etdirildiyini bildirmişdi: “Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam etdirilir, tərəflər arasında təmas mövcuddur, sənədlərin mübadiləsi həyata keçirilir. Lakin Ruben Vardanyan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazini tərk etdikdən sonra orada yaşayan və Azərbaycan vətəndaşları olan erməni sakinlərlə təmaslara start verikləcək. Martın 1-də keçirilən görüş də sözügedən təmasın təzahürüdür”.
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
