Pleyeri seçin:

QAİ sözçüsü erməni nümayəndəni susdurdu | BMT-nin tədbirində gərginlik

21 sentyabr 2024 389 baxış

“Qərbi Azərbaycan İcmasının Ermənistan hökuməti ilə qayıdış mövzusunda dialoqa başlamaq üçün dəfələrlə etdiyi cəhdlər cavabsız qalıb”.

Bunu İcmanın İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri Ülviyyə Zülfiqar BMT İnsan Hüquqları Şurasının 57-ci sessiyası çərçivəsində “Qayıdış hüququndan istifadə – sülh və barışıq üçün mühüm stimul kimi” mövzusunda keçirilən tədbirdə deyib.

O, çıxışında azərbaycanlıların vaxtilə mütləq əksəriyyəti təşkil etdikləri Ermənistan ərazisindən zorla qovulmasının tarixi haqqında məlumat verərək, deportasiyaların ağrılı nəticələrinin hələ də aradan qaldırılmadığını vurğulayıb.

“Ermənistan hökuməti evlərimizi, müqəddəs yerlərimizi ziyarət etməyimizə belə mane olur. Biz beynəlxalq ictimaiyyətin, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının insan hüquqları institutlarının dəstəyinə ümid edirik. Bu dəstək çox vacibdir, çünki Ermənistanın evlərimizə qayıtmağımıza törətdiyi maneələri aradan qaldırmaq üçün təkcə İcmanın səyləri kifayət etmir”, – deyə Ülviyyə Zülfiqar çıxışında bildirib.

Tədbirdə Ermənistan nümayəndəsi çıxış edərək bildirib ki, Ermənistan guya hər bir köçkün və qaçqının öz evinə qayıtmaq hüququnu dəstəkləyir.

Ermənistan nümayəndəsi Qərbi Azərbaycan ifadəsini Ermənistana qarşı ərazi iddiası kimi təqdim etməyə cəhd edib. Cavabında Ülviyyə Zülfiqar Qərbi Azərbaycan İcmasının adının tarixi və coğrafi faktlara əsaslandığını və Ermənistandan qovulan azərbaycanlıların qayıdış hüququ olduğunu deyərək bildirib ki, QHT olaraq Qərbi Azərbaycan İcmasının hər hansı dövlətə qarşı ərazi iddiası ola bilməz.

Sözçü həmçinin Qərbi Azərbaycan İcması tərəfindən Ermənistan Baş nazirinə dialoq müraciətləri ünvanlandığını xatırladıb. 

Banner
Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Siyasət
05 noyabr 2026 389 baxış
Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Siyasət
05 noyabr 2026 389 baxış
Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Siyasət
05 noyabr 2026 389 baxış
Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Siyasət
05 noyabr 2026 389 baxış
Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Siyasət
05 noyabr 2026 389 baxış
İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

Siyasət
05 noyabr 2026 389 baxış
Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
04 noyabr 2026 389 baxış
Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Siyasət
04 noyabr 2026 389 baxış
Azərbaycanın növbəti strateji hədəfi nədir?

Azərbaycanın növbəti strateji hədəfi nədir?

Siyasət
04 noyabr 2026 389 baxış
Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Siyasət
04 noyabr 2026 389 baxış
Seçilmişlər
icon