Pleyeri seçin:

Qərbi Azərbaycan İcması bəyanat yaydı

29 iyun 2023 98 baxış

“Biz Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanı onun Qarabağ bölgəsində yaşayan erməniləri emiqrasiyaya məcbur etmək niyyətində olmaqda ittiham edən bugünkü bəyanatını kəskin şəkildə pisləyirik. Bu bəyanat nəinki əsassızdır, həm də beynəlxalq hüquq normalarına və Ermənistanın öz qoşunlarını Azərbaycandan çıxarmaq öhdəliyini götürdüyü 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq ərazi iddiasına dəstək kimi Azərbaycanda qanunsuz hərbi mövcudluğunu davam etdirmək məqsədinə xidmət edir”.

Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub. Bildirilib ki, Baş nazir N.Paşinyanın etnik təmizləmədən danışması istehza doğurur:

“Belə ki, bütün azərbaycanlıları öz ərazisindən zorla çıxaran və onların geri qayıtmasına mane olan məhz Ermənistandır. Ermənistan hökuməti, o cümlədən Baş nazir N.Paşinyan Qərbi Azərbaycan İcmasının Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətlə geri qayıtması üçün dinc dialoqa çağırışlarına məhəl qoymur. Ermənistan bu çağırışlarımıza cavab verməməklə və Azərbaycanın suverenliyinə qəsd edən fəaliyyətləri ilə insan hüquqlarına etinasızlıq nümayiş etdirir və Azərbaycan hökumətinin erməni millətindən olan vətəndaşlarının reinteqrasiyası istiqamətində səylərini sabotaj etməyə çalışır”.

“Biz Baş nazir N.Paşinyanı bu zərərli səyləri dayandırmağa və azərbaycanlıların Ermənistana təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmasını təmin etməyə çağırırıq. Bu prosesə yardım etmək, geri qayıdan azərbaycanlıların hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün beynəlxalq missiyaların cəlb edilməsinə Ermənistanın razılıq verməsi vacibdir. Qərbi Azərbaycan İcması dialoq, dinc və yanaşı yaşama və insan hüquqlarına hörmət prinsiplərinə sadiq qalır. Biz Baş nazir N.Paşinyanı eyni sədaqət nümayiş etdirməyə və azərbaycanlıların Ermənistandakı öz qanuni evlərinə qayıtmasını ehtiva edən ədalətli və inklüziv cəmiyyət quruculuğu yolunda işləməyə çağırırıq”, – deyə bəyanatda vurğulanıb.

Banner
Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV

Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV

Siyasət
28 oktyabr 2026 98 baxış
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 98 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 98 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 98 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 98 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 98 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 98 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 98 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 98 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 98 baxış
Seçilmişlər
icon