Pleyeri seçin:

Qərbi Azərbaycan İcması Qarabağla bağlı təxribat xarakterli yazını pislədi

12 mart 2024 361 baxış

Qərbi Azərbaycan İcması “The Washington Post” qəzetində Qarabağla bağlı dərc olunmuş təxribat xarakterli yazını pisləyib.

Bu barədə İcmanın yaydığı bəyanatda qeyd olunub.

“The Washington Post” qəzetində Qarabağla bağlı dərc olunmuş həqiqətləri təhrif edən, təxribat xarakterli yazını qətiyyətlə pisləyirik. Yazının müəllifi David İqnatiusun davamlı olaraq erməni havadarlarının sifarişi əsasında Azərbaycan əleyhinə qərəzli məqalələr ilə çıxış etməsi artıq heç kəsi təəccübləndirmir.

30 il ərzində Ermənistan tərəfindən Qarabağda azərbaycanlı əhaliyə qarşı vəhşiliklərin törədilməsi, maddi-mədəniyyət abidələrinin dağıdılması və yerli əhalinin öz yurd-yuvalarından qovulması faktlarına göz yuman, eləcə də Ermənistandan zorla qovulmuş azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdış hüququ barədə bir kəlmə də yazmayan D.İqnatiusun yalnız Qarabağ ermənilərinin “geri qayıtmaq” hüququndan dəm vurması onun peşəkar jurnalistikadan nə qədər uzaq olduğunu, eyni zamanda ikiüzlü və riyakar mövqeyini göstərir.

“Tarixi ədalətsizlik və beynəlxalq hüquq”dan şikayətlənən “jurnalist”ə bir daha xatırlatmaq istərdik ki, münaqişənin yaratdığı və beynəlxalq hüquq sisteminin məhəl qoymadığı ədalətsizliyə, ərazilərinin işğalına məhz Azərbaycan tərəfi məruz qalıb və məhz azərbaycanlılar həm Qarabağ, həm də Ermənistan ərazisindəki öz doğma yurd-yuvalarından zorla qovulublar", – bəyanatda vurğulanıb.

Qeyd olunub ki, Qərbi azərbaycanlıların öz doğma torpaqlarına dinc yolla geri qayıdış hüququ heç bir vəchlə inkar edilə bilməz və bu məsələ özünü “peşəkar və tərəfsiz” kimi qiymətləndirən beynəlxalq medianın da diqqətini cəlb etməlidir.

Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV

Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV

Siyasət
21 sentyabr 2026 361 baxış
Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV

Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV

Siyasət
21 sentyabr 2026 361 baxış
Ermənilərin Alban kilsələrinə iddiası nə məqsəd daşıyır? - Baku TV

Ermənilərin Alban kilsələrinə iddiası nə məqsəd daşıyır? - Baku TV

Siyasət
21 sentyabr 2026 361 baxış
Azərbaycan və Özbəkistan hərbçiləri birgə təlim keçirəcək - Baku TV CANLI

Azərbaycan və Özbəkistan hərbçiləri birgə təlim keçirəcək - Baku TV CANLI

Siyasət
21 sentyabr 2026 361 baxış
Bakıda önəmli tədbirin açılış mərasimi keçirildi

Bakıda önəmli tədbirin açılış mərasimi keçirildi

Siyasət
21 sentyabr 2026 361 baxış
Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV

Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV

Siyasət
21 sentyabr 2026 361 baxış
İran və Çin faktoru: Husi-Səudiyyə gərginliyinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

İran və Çin faktoru: Husi-Səudiyyə gərginliyinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Siyasət
21 sentyabr 2026 361 baxış
Rusiya Ermənistanı hansı vasitələrlə təzyiq altında saxlaya bilər? - Baku TV

Rusiya Ermənistanı hansı vasitələrlə təzyiq altında saxlaya bilər? - Baku TV

Siyasət
21 sentyabr 2026 361 baxış
ADA Universitetində beynəlxalq təcrübəyə əsaslanan “AZEMBA” proqramı təqdim olunub - Baku TV

ADA Universitetində beynəlxalq təcrübəyə əsaslanan “AZEMBA” proqramı təqdim olunub - Baku TV

Siyasət
21 sentyabr 2026 361 baxış
Dövlət suverenliyinin bərpa edilməsinin tarixi əhəmiyyəti - Baku TV

Dövlət suverenliyinin bərpa edilməsinin tarixi əhəmiyyəti - Baku TV

Siyasət
20 sentyabr 2026 361 baxış
Seçilmişlər
icon