Qızıl Xaç Komitəsindən Xankəndi ofisinin köçürülməsi ilə bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndidəki ofisi bağlanıb.
Bununla bağlı məlumatı beynəlxalq təşkilatın Bakı ofisində də təsdiqləyiblər.
BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, qurumun həmin əraziləri əhatə edən fəaliyyəti Bərdə ofisindən idarə olunacaq: “Ehtiyacı olan insanlara dəstəyimiz davam etdiriləcək”.
Qızıl Xaç Komitəsinin Xankəndidəki ofisinin Bərdəyə köçürülməsi ilə bağlı təşkilatın İrəvan üzrə kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni də Ermənistan mətbuatına açıqlama verib.
“Bərdədəki ofisə humanitar məsələlərlə, Qarabağda yaşayan ermənilərin işləri ilə məşğul olacaq əməkdaşlar cəlb olunacaqlar”, – deyə Z.Amatuni əlavə edib.
#Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) teqi istifadə olunub
