Rusiya indi Azərbaycandan asılıdır | Erməni alimdən Moskva barədə etiraf
Yeniliklərdən dərhal xəbərdar olun
“Avropanın Ermənistanın ərazi bütövlüyünü tanıması, lakin KTMT və Rusiyanın tanımaması ilə bağlı sualınıza, ilk növbədə, demək istəyirəm ki, bu, diplomatiyamızın məğlubiyyətidir ki, Moskvada, Minskdə təsir imkanlarımız yoxdur və bu ölkələr Azərbaycanın tərəfindədir”.
Bunu Stenford Universitetinin siyasi elmlər doktoru, erməni professor Artur Xaçikyan deyib.
“Qismən, tam yox, qismən də bu, bizim məsuliyyətimiz üzərindədir ki, diplomatik oyunu oynaya bilmədik. Düzdür, onlar indi Azərbaycandan asılıdırlar. Onların həm Türkiyə ilə, həm də Azərbaycanla yaxın münasibətləri var, maraqları üst-üstə düşür, amma bununla işləmək lazım idi, biz bunu etmədik. KTMT və Rusiyanın Ermənistanın dəqiq sərhədinin olduğunu tanımaması çox pisdir, pislənməlidir.
Ancaq Ermənistanda hərbi təlimlər keçirməyi təklif etdilər, bizə həqiqi hərbi texnika verməyi təklif etdilər, biz bundan imtina etdik. Qərbdə Rusiyanı necə əvəz edə bilərik? KTMT-dən alternativsiz ayrılırıq və bizə gözəl vədlərdən başqa heç nə demirlər.
Deyirlər ki, Rusiya bizim təhlükəsizliyimizə təhdid yaradır. Regionumuzda “Niyə NATO qüvvələrini və avropalı müşahidəçiləri bura gətirirsiniz?” deyən bütün qonşularla düşmənçilik edirik. Bu qatarın uçuruma getməsi üçün hər şeyi edirlər. Biz 100 il əvvəl olduğu kimi tam blokadada qalacağıq”, – o bildirib.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
