Pleyeri seçin:

Rusiyalı politoloq: Zəngəzur bütövlükdə Azərbaycanın nəzarətinə keçə bilər

01 noyabr 2023 487 baxış

İkinci Qarabağ müharibəsindəki qələbə və son 3 ildə Azərbaycanın yürütdüyü uğurlu siyasət Ermənistana heç vaxt unutmayacağı məğlubiyyət yaşatdı.

Bütün bu uğursuzluqlarının səbəbini isə İrəvan birbaşa olaraq Moskvada axtarmağa başladı. Müharibə zamanı Rusiya əsgərlərinin də ermənilərlə birlikdə Azərbaycana qarşı vuruşacağına ümid bəsləyən Nikol Paşinyanın gözləntiləri puç oldu. Halbuki, rəsmi Moskvanın İrəvan qarşısında belə bir öhdəliyi yox idi. Ermənistanda keçirilən anti-Rusiya aksiyaları fonunda erməni Baş nazir də illərdir onlara havadarlıq edən Kremldən üz döndərərək Qərbə sığınmağı daha uyğun bildi.

Bu müddətdə Rusiya əleyhinə müxtəlif fikirlər səsləndirən Nikol Paşinyan Kremli öz öhdəliklərini yerinə yetirməməkdə ittiham edib, Qarabağda müvəqqəti yerləşdirilən sülhməramlıların fəaliyyətindən razı olmadığını dilə gətirib. Çıxışlarının birində isə o, sülhməramlı kontingentin Qarabağdakı fəaliyyət müddətinin sonunda Ermənistana deyil, Rusiyaya qayıtmalı olduğunu deyib.

Rusiyalı politoloq Sergey Markov bildirib ki, sülhməramlılar müddətləri bitdikdən sonra daimi xidmət bölmələrinə gedəcəklər: “Onların bir qismi Rusiya, digər hissəsi isə Gümrü ərazisində daimi xidmətdədirlər. Onlar 2025-ci ilə qədər Qarabağdakı mövcudluğunu davam etdirəcəklər. Çünki Azərbaycan bütün öhdəliklərini yerinə yetirən multikultural müasir ölkədir.

Ermənistan rəhbərliyi isə Moskva ilə münasibətləri tədricən kəsərək Rusiyanın düşmənləri olan Fransa, Avropa İttifaqı və ABŞ ilə müttəfiqlik əlaqələri qurmağı qarşısına məqsəd qoyub.

Məlum məsələdir ki, bu, Qarabağ müharibəsində rusiyalıların ermənilərlə birgə Azərbaycana qarşı vuruşmaq istəməməsindən Ermənistan rəhbərliyinin məyus olması ilə bağlıdır.

Nikol Paşinyan öz tarixi missiyasını, Ermənistanı Rusiyadan qoparıb Qərbə bağlamaq kimi planlarını həyata keçirmək istəyir. O, həmişə qərbyönümlü siyasətçi olub. Bu, onun üçün uzun və çətin proses olacaq. Bu proses N.Paşinyanın hakimiyyətdən getməsi ilə bitəcək, ya da Ermənistan Ukrayna və Gürcüstanın yolunu tutacaq”.

Sergey Markov əlavə edib ki, ABŞ və Fransa Ermənistanı Rusiya ilə münasibətləri kəsməsi üçün dilə tutur. Qərbin planına əsasən, İrəvan KTMT-ni də tərk etməlidir ki, bunun da sonu öz sərhədlərinin müdafiəsini başqa ölkəyə etibar edən Ermənistan hakimiyyəti üçün yaxşı aqibət vəd vermir. Belə olan halda nəinki nəqliyyat dəhlizi, bütövlükdə Zəngəzur Azərbaycanın nəzarətinə keçə bilər.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 487 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 487 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 487 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 487 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 487 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 487 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 487 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 487 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 487 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 487 baxış
Seçilmişlər
icon