Pleyeri seçin:

Rusiyaya 40 milyon ziyan vuran Vardanyanın əməlləri üzə çıxdı

16 aprel 2024 371 baxış

Rusiya vətəndaşlığından imtina edərək Azərbaycanın ötən ilin sentyabrına qədər işğal altında olan bölgələrində “hakimiyyət” iddiasına düşən Ruben Vardanyan çirkli pulları ilə yenidən gündəmə gəlib.

Belə ki, Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatından sonra həbs edilərək Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasında saxlanılan erməni milyarder R.Vardanyanı zənginliyə yetişdirən qeyri-leqal “biznes kombinasiyaları”na dair ilginc faktlar aşkarlanaraq ictimailəşdirilib.

Görünür ki, R.Vardanyanın Rusiya hüdudlarını aşan biznes fəaliyyətində yol verilən qanunsuzluqlar və əl qatdığı cinayətkar sövdələşmələr beynəlxalq miqyasda da diqqətdən yayınmayıb.

Buna görə də Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi 2019-cu ildə R.Vardanyan barədə araşdırma hesabatını təqdim edib.

Hesabatda Ruben Vardanyanın Rusiyanın ən böyük investisiya bankı olmuş, sahiblik etdiyi “Troika Dialoq” və heç nədən xəbəri olmayan erməni fəhlələrin adlarına yaratdığı nəhəng ofşor şirkətlər vasitəsilə milyardlarla məbləğdə çirkli pulların yuyulmasına, qeyd edilən qanunsuz əməliyyatlardan nəhəng gəlirlər əldə etməsinə dair üzə çıxan çoxsaylı faktlar təqdim edilib.

Məlumata görə, bank sisteminin özü elə təşkil edilib ki, müştərilər müəyyən olunmuş məhdudiyyətləri yan keçmək, xarici aktivlərini və “yuyulmuş pullar”ı gizlətmək imkanına malik olublar. Belə qayda nüfuz sahibi olan oliqarxların nağd pullarla təmin edilməsinə və cinayətkarlara qanunsuz əldə etdikləri nağd pullarının həqiqi mənbəyini pərdələməyə şərait yaradıb.

Qeyd olunan şirkət 2006-cı ildən 2013-cü ilin əvvəlinə kimi fəaliyyət göstərərək mürəkkəb maliyyə şəbəkəsi yaradan azı 75 şirkətdən biri idi.

Hesabatda qeyd edilib ki, “Troika”nın müştəriləri bu sistemdən Böyük Britaniya, İspaniya və Monteneqroda əmlak, yəni lüks yaxtalar və sənət əsərləri, tibbi xidmətlər, övladlarının nüfuzlu Qərb məktəblərində oxumaları üçün təhsil haqqını ödəmək, hətta kilsələrə ianə etmək məqsədilə istifadə edirdilər.

Əlavə olaraq “Troika” mütəşəkkil cinayətkar qruplara və fırıldaqçılara öz cinayətlərindən əldə edilən gəlirləri yumaq imkanı verirdi. Rusiyanın Şeremetyevo Hava Limanında yanacaq fırıldaqçılığı kimi tanınan bu mexanizmlərdən biri 2003-2008-ci illər arasında fəaliyyət göstərib və

Rusiya dövlətini 40 milyon dollardan çox vergi gəlirindən məhrum etməklə aviasiya yanacağının qiymətlərini süni şəkildə şişirdib və təyyarə biletlərinin bahalaşmasına səbəb olub. Həmin dələduzluqda iştirak edən şirkətlər tərəfindən “Troika” hesablarına 27 milyon dollardan çox pul vəsaitləri göndərilib.

R.Vardanyan isə bu mexanizmlə hər hansı aidiyyətinin olmadığını bildirib. Lakin hesabatda qeyd olunub ki, “Laundromat”dan pul əldə edən şəxslər arasında R.Vardanyan və onun ailəsi də olub.

3,2 milyon dollardan artıq vəsait onun “American Express” kartının ödənişlərinə istifadə edilib, həyat yoldaşına və ailəsinə məxsus hesablara köçürülüb, Böyük Britaniyada üç övladının təhsil haqqının ödənilməsinə yönəldilib.Bu rəqəmlər barədə də sualı cavablandıran R.Vardanyan deyib ki, “Troika”nın yaratdığı ofşor şirkətlər bankın müştəriləri ilə yanaşı, öz şirkətlərinə də xidmət göstərir.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 371 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 371 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 371 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 371 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 371 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 371 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 371 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 371 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 371 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 371 baxış
Seçilmişlər
icon