Pleyeri seçin:
Separatçılar Bakının şərtini qəbul etdi: Ağdam-Xankəndi yolu açıldı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qarabağdakı separatçılar Rusiya sülhməramlılarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin humanitar yüklərin Laçın və Ağdam-Xankəndi yolları ilə paralel daşınması təklifini qəbul etməyə razılaşıb.
Oxu.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, yüklər Beynəlxaq Qızıl Xaç Komitəsinin nəqliyyat vasitələri ilə daşınacaq.
“Maraqlı məqam bundan ibarətdir ki, bu barədə razılaşma hələ sentyabrın 1-də əldə olunub. Lakin Qarabağdakı separatçı rejim öz havadarlarına arxalanaraq bu razılaşmanın həyata keçirilməsini gecikdirib”, – deyə məlumatda qeyd olunub.
Beləliklə, Azərbaycanın daha bir prinsipial mövqeyi təmin olunub. Qarabağdakı separatçılar Azərbaycanın şərtlərinə tabe olublar.
Kopyalandı
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
