Separatçılar imkanlardan məhrum edilmişdi | İlham Əliyev
Yeniliklərdən dərhal xəbərdar olun
“Həm “Fərrux” əməliyyatı, “Sarıbaba-Qırxqız” əməliyyatı, “Qisas” əməliyyatı, bütün bunlar tərəfimizdən aparılmış önəmli hərbi əməliyyatlar idi”.
Bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində söyləyib.
“Bu əməliyyatlar nəticəsində o vaxt nəzarətimizdə olmayan Qarabağ bölgəsinin strateji təpələri, yüksəklikləri biz tərəfdən götürülmüşdür və 19-20 sentyabr əməliyyatı üçün bunun çox böyük əhəmiyyəti var idi.
Yəni o əməliyyatlar kortəbii seçilməmişdi, məqsədyönlü əməliyyatlar idi. Çünki müharibədə xüsusilə bizim relyefi nəzərə alsaq, əsas məsələ təpələrin kimin əlində olmasıdır və 19-20 sentyabr əməliyyatının qısa müddət ərzində aparılmasının əsas səbəbi də məhz dediyim o vaxta qədər keçirilmiş əməliyyatlardır və təbii ki, Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədinin nəzarətdə olması. Çünki separatçılar artıq silah-sursata malik olmaq üçün bu imkanlardan da məhrum edilmişdi”, – dövlət başçısı qeyd edib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
