Separatçılar Rusiyadan ümidini üzüb
Yeniliklərdən dərhal xəbərdar olun
Qarabağdakı separatçılarla Rusiya arasında gərginlik son mərhələyə qədəm qoyub.
Separatçıların rəhbəri Araik Arutyunyanın Vladimir Putinə yazdığı və konkret cavab gözlədiyi məktubda bu məqam özünü açıq şəkildə büruzə verib. Quldurbaşının Rusiya liderinə yalvarması və veriləcək cavaba görə addım atacaqlarını bildirməsi onların artıq Moskvanın himayəsindən məhrum qaldıqlarını deməyə əsas verir.
Separatçıların depressiyaya düşməsi əbəs deyil. Çünki Bakının addım-addım məqsədinə nail olması fonunda kriminal ünsürlər get-gedə çıxılmaz vəziyyətə düşür. Bu da Qarabağdakı mülki əhali arasında çaxnaşmaya və fikir ayrılığına səbəb olub, separatçı liderdən narazılıqlar isə durmadan artır. Bir sözlə, vaxtın dolması son ümid folunu ümidsizlik fonu ilə əvəzləyib.
Yaranmış vəziyyət onu göstərir ki, separatçıların Rusiyaya olan ümidləri artıq boşa çıxır. Bu isə o deməkdir ki, yaxın zamanda terrorçuların ağ bayraq qaldırmaqdan başqa yolu qalmayacaq.
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
