Separatçıların "müqavimət" şousu
Yeniliklərdən dərhal xəbərdar olun
Laçın yolunun başlanğıcında Azərbaycanın sərhəd-buraxılış məntəqəsi qurması separatçıları çıxılmaz vəziyyətə salıb. Bu baxımdan, Xankəndidəki separatçı-terrorçu rejimin tör-töküntüləri mövcudluğunu qoruyub saxlamaq üçün son varianta əl atıb.
Belə ki, onlar dinc erməni əhalisi adından qondarma müqavimət hərəkatı başladıblar. Halbuki separatçıların qarşısında ərazilərimizi tərk etmək və ya silahları təhvil verərək Azərbaycan vətəndaşlığını qəbul etməkdən başqa yolun qalmadığı elə onların özünə də gün kimi aydındır.
Təxribatçı kampaniyanı başladan ermənilər iddia edirlər ki, Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin ləğvinə nail olunmazsa, başqa yollara əl atacaqlar. O da aydındır ki, bu, sadəcə, diqqəti cəlb etmək üçün son ümid foludur və saman çöpündən yapışmağa bənzəyir. Bu yerdə nəzərə alınmalı bir məsələ də var: Separatçı rejim bölgədə qalmaq naminə nəinki Azərbaycana qarşı təxribat törətməkdən, hətta dinc erməni əhalisini qırğına verməkdən də çəkinməyəcək.
#Qarabağ teqi istifadə olunub
- “Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV
- "Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
