Pleyeri seçin:

Simonyanın "Azərbaycanın Qarabağdakı əməliyyatı BMT qətnamələrinə uyğundur” açıqlamasının sirri

28 oktyabr 2024 384 baxış

“Bizdən nə danışırlar?” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, ölkəmizin BRICS sammitində iştirakı Azərbaycanın yalnız beynəlxalq münasibətlərdəki yerini möhkəmləndirmək üçün deyil, həm də çoxtərəfli diplomatiyanın mühüm bir hissəsi olaraq xüsusi önəm kəsb edir.

Dövlət başçımızın Rusiyanın Kazan şəhərində BRICS ölkələrinin dövlət və hökumət başçılarının zirvə toplantısında iştirak etməsi üçün ora dəvət edilməsi də, əslində, Azərbaycanla əlaqələrin getdikcə daha da sıx inkişaf etməsinin göstəricisidir.

Dünya mediasını isə bizi bu mənada diqqətlə izləyir.

Rusiyanın “Kavkazskiy Uzel” nəşri oxucularının diqqətinə çatdırıb ki, Ermənistan Azərbaycanla delimitasiya üzrə komissiyalara dair Əsasnaməni təsdiqləyib.

Mənbə Ermənistan mətbuatına istinadən xəbər verir ki, sənəd baxılması üçün Konstitusiya Məhkəməsinə göndərilib.

Pakistanın “The Europe Today” nəşrində Ermənistan parlamentinin spikeri Alen Simonyanın açıqlaması yer alıb.

O, Azərbaycanın Qarabağdakı hərəkətlərinin beynəlxalq hüquqa uyğun olduğunu etiraf edib.

Müsahibəsində A.Simonyan Azərbaycanın hərbi əməliyyatlarının BMT-nin qətnamələrinə uyğun həyata keçirildiyini açıqlayıb.

O həmçinin Ermənistan rəsmilərinin Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək səylərini qəbul etməyə başladığını qeyd edib.

Finlandiyanın “Maaseudun Tulevaisuus” qəzetində Azərbaycanın Norveç, İsveç, Finlandiya və Danimarkadakı səfiri Zaur Əhmədovun Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında çıxış edəcək Azərbaycanın təşəbbüslərinə həsr olunan növbəti məqaləsi dərc olunub.

Məqalədə Zaur Əhmədov köhnəlmiş 100 milyard dollarlıq hədəfi əvəz edəcək iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədi, COP29-un keçirilməsi zamanı atəşkəs və harmoniya “The Climate Initiative” kimi Azərbaycanın təşəbbüsləri haqqında danışıb.

Banner
“Bizi istəməyən ölkələr dedilər ki...” | Azərbaycanın növbəti strateji hədəfləri nələrdir? - Baku TV

“Bizi istəməyən ölkələr dedilər ki...” | Azərbaycanın növbəti strateji hədəfləri nələrdir? - Baku TV

Siyasət
04 noyabr 2026 384 baxış
Xudafərin körpüsündə hərbi texnika hərəkəti | SEPAH nə mesaj verir? - Baku TV

Xudafərin körpüsündə hərbi texnika hərəkəti | SEPAH nə mesaj verir? - Baku TV

Siyasət
04 noyabr 2026 384 baxış
Prezident İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - Baku TV

Prezident İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - Baku TV

Siyasət
04 noyabr 2026 384 baxış
Avropa Məhkəməsi Əli Kərimlinin Azərbaycana qarşı iddiası ilə bağlı hansı qərarı verdi? - Baku TV

Avropa Məhkəməsi Əli Kərimlinin Azərbaycana qarşı iddiası ilə bağlı hansı qərarı verdi? - Baku TV

Siyasət
04 noyabr 2026 384 baxış
Azərbaycan və Qazaxıstanın birgə təşəbbüsü hansı imkanları açacaq? - Baku TV

Azərbaycan və Qazaxıstanın birgə təşəbbüsü hansı imkanları açacaq? - Baku TV

Siyasət
03 noyabr 2026 384 baxış
Firuzə Məmmədova Saraldan çıxarıldıqları gecə baş verənləri danışdı - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Firuzə Məmmədova Saraldan çıxarıldıqları gecə baş verənləri danışdı - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
03 noyabr 2026 384 baxış
Keçmişin izləri üzə çıxdı | Alagöz kəndi ilə bağlı nələr aşkarlandı? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Keçmişin izləri üzə çıxdı | Alagöz kəndi ilə bağlı nələr aşkarlandı? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
03 noyabr 2026 384 baxış
Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV

Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV

Siyasət
03 noyabr 2026 384 baxış
Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
03 noyabr 2026 384 baxış
Buxarestdə Azərbaycanın tarixi qələbəsinə həsr olunan tədbir təşkil edildi - Baku TV

Buxarestdə Azərbaycanın tarixi qələbəsinə həsr olunan tədbir təşkil edildi - Baku TV

Siyasət
03 noyabr 2026 384 baxış
Seçilmişlər
icon