Stoltenberqdən Ermənistana çağırış | Paşinyanın növbəti addımı nə olacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
NATO-nun Baş katibi Yens Stoltenberq İrəvana səfəri çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Bu barədə erməni mediası məlumat yayıb.
Onlar Ermənistan-NATO qarşılıqlı fəaliyyəti, regional proseslər, İrəvan və Bakı arasında sülh sazişi ilə bağlı məsələləri müzakirə ediblər.
Alyansın Baş katibi İrəvanda Baş nazir Nikol Paşinyanla mətbuata birgə bəyanatında bildirib ki, illərlə davam edən münaqişədən sonra iki ölkənin dayanıqlı sülh əldə etmək fürsəti yaranıb. Y.Stoltenberq N.Paşinyanı tez bir zamanda Azərbaycanla sülh sazişini imzalamağa çağırıb.
“Ona görə də mən hər iki tərəfi münasibətlərin normallaşmasına yol açan, dayanıqlı sülh gətirəcək müqaviləni tez bir zamanda imzalamağa çağırıram”, – deyə Baş katib qeyd edib.
Xatırladaq ki, Yens Stoltenberq Ermənistana 1 günlük səfər edib.
#Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) teqi istifadə olunub
- Kiyev ittifaqa üzvlüyün əvəzinə konkret təminatların verilməsini istəyir
- Ukraynanın aqibəti necə olacaq? - ABŞ-nin əsas planları
- Toqquşan maraqlar, gələcək planlar | Kiyevin təhlükəsizliyini kim təmin edəcək? - Baku TV
- Bakıda keçirilən NATO təlimi başa çatdı | Hərbi qulluqçuların hazırlığı qiymətləndirildi - Baku TV
- Azərbaycan və NATO arasında növbəti təlim mərhələsi yekunlaşdı - Baku TV CANLI
