Pleyeri seçin:

Sülh prosesi nə üçün böhran vəziyyətindədir? | Tofiq Zülfiqarov məsələyə aydınlıq gətirdi

12 mart 2025 237 baxış

Ermənistan hərbi baxımdan bizdən qat-qat zəifdir və onlar bizi məğlub etmək iqtidarında deyillər.

Bu sözləri “Axar.az”a açıqlamasında politoloq Tofiq Zülfiqarov Ermənistanın müharibə planını şərh edərkən deyib.

Politoloq bildirib ki, Ermənistan müharibə deyil, hərbi təxribata əl ata bilər:

“Ermənistan mövzusu Donald Tramp dövründə öz əhəmiyyətini itirib və maraq dairəsindən çıxıb. Bu marağı cəlb etmək üçün Ermənistan həmişəki kimi hansısa təxribata əl ata bilər.

Bilirsiniz ki, qapalı iclasda Baş nazir Nikol Paşinyan müharibə ilə əlaqədar çağırışlar edib. Bu baxımdan hərbi təxribat törədəcəklərini istisna etmirəm. Necə ki, 2016, 2019, 2020-ci illərdə hərbi təxribatlara əl atmışdılar. Elə hərbi əməliyyatlar da bu təxribatlardan sonra başladı.

Təbii ki, bu mənim baxışımdır. İnanıram ki, Azərbaycanda xüsusi orqanlar bu məlumatı diqqətdə saxlayır və onların bu barədə səhih bilgiləri var”.

T.Zülfiqarov əlavə edib ki, Azərbaycan davamlı sülhün tərəfdarıdır:

“Azərbaycan istəyir ki, Ermənistan şərtlərə əməl etsin. Unutmayaq ki, işğal siyasətinin təkcə hərbi yox, ideoloji, iqtisadi və digər qalıqları var ki, Ermənistan bunları aradan götürmək niyyətində deyil.

Sülh prosesi də buna görə böhrandadır. Sülh davamlı olmalıdır və Ermənistan hər sahədə, o cümlədən hüquqi müstəvidə ərazi iddialarından əl çəkməlidir. Ermənistanın isə yüksək səviyyəli hüquqi sənədlərində ərazi iddiaları qalmaqdadır. Bu, qəbuledilməzdir və biz bu şəraitdə sülhə nail ola bilməyəcəyik”.

Qeyd edək ki, “Caliber” nəşri Ermənistanın apreldə Azərbaycanla müharibə etməyə hazırlaşdığına dair məlumat yayıb.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 237 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 237 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 237 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 237 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 237 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 237 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 237 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 237 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 237 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 237 baxış
Seçilmişlər
icon