Sülhməramlıları Ermənistana qoymayan Paşinyan: Onlar Rusiyaya qayıtmalıdır
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya sülhməramlıları Qarabağı tərk edərsə, onlar ölkələrinə qayıtmalıdır və Ermənistana köçürülməməlidir”.
Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan yerli telekanala müsahibəsində deyib.
“Bu, Rusiyanın Qarabağdakı sülhməramlı qoşunlarıdır. Əgər Qarabağı tərk etsələr, Rusiyaya qayıtmalıdırlar”, – deyə o, jurnalistin sülhməramlıların Ermənistanda yerləşdirilməsinin mümkünlüyü ilə bağlı sualını cavablandırarkən deyib.
Nikol Paşinyan həmçinin bildirib ki, Ermənistan 3+3 formatında regional əməkdaşlıq platformasının iclaslarında iştirak etməyə hazırdır.
“Əlbəttə, biz hazırıq. Vaxtilə 3+3 formatında növbəti görüşün Tehranda keçirilməsi ilə bağlı razılıq əldə olunmuşdu”, – deyə Ermənistanın Baş naziri əlavə edib.
Qeyd edək ki, 3+3 formatına Azərbaycan, Ermənistan, İran, Rusiya, Gürcüstan və Türkiyə daxildir.
#Rusiya sülhməramlıları teqi istifadə olunub
- Sülhməramlılar Ukraynaya göndərilsə, nələr baş verəcək? - Jurnalistdən diqqətçəkən şərh
- Avropa Rusiyaya qarşı bu addımı atacaq? | Macar nazirdən açıqlama
- Sensasiya | Rusiya sülhməramlılarının Qarabağdakı komandanı Araikə nələr yazdı?
- Paşinyanın Belarusa hücumunun səbəbi Ermənistan diplomatiyasının iflasına üsyandır
- Hərbi ekspert sülhməramlıların Qarabağı tərk etməsini şərh etdi
