Tramp müharibə prezidenti kimi görünmək istəmir, amma… | Sensasiyalı iddia
Yeniliklərdən dərhal xəbərdar olun
Donald Tramp müharibə prezidenti kimi görünmək istəmir, amma bu onun formal sülh üçün hər şeyi edəcəyi mənasına da gəlmir.
Bu iddia ilə “Tovarish General” “Telegram” kanalı çıxış edib.
Kanalın məlumatına görə, D.Tramp Cozef Baydenin geosiyasi mirasını qeyd-şərtsiz qəbul edəcək:
“Yəni Cənubi Qafqazla bağlı mövzuda türkyönlü sülh prosesinə ayrıca müqavilə kimi baxılmayacaq. Məsələyə D.Tramp üçün daha vacib olan Yaxın Şərq və Ukrayna razılaşmasının tərkib hissəsi kimi nəzər yetiriləcək. Artıq ABŞ Dövlət Departamenti üçün Bakı və İrəvan arasında sazişin tez zamanda imzalanması əhəmiyyətini itirib.
Lakin indi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyandan hər şeyi tələb edəcək. Ankara bunu D.Trampın inaqurasiyasına qədər etməyə çalışacaq”.
D.Trampın Rusiya Prezidenti Vladimir Putin kimi erməniləri müdafiə etməyəcəyi bildirilib:
“Xüsusilə özünə çox əmin olan R.T.Ərdoğan və ölkəsinin maraqlarına xidmət edən Azərbaycan Prezidenti İlham Əliyev reallığında D.Tramp belə bir addım atmayacaq. Ermənistanın geosiyasi uğursuzluğunun əsas qarantı Nikol Paşinyandır. Suverenliyini itirən ölkənin ABŞ Prezidentinin onları başa düşəcəyinə ümid etməsi faydasızdır”.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
