Türkiyəli deputat kimləri qınadı? - Qarabağın işğalı elə ağrılara səbəb olmuşdu ki...
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistanın Qarabağı işğal etməsi böyük ağrılara səbəb olub. Bir milyondan çox azərbaycanlı yurd-yuvalarından edilib, onların doğma torpaqlarına qayıtması təmin olunmalıdır”.
Bunu Türkiyənin NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, sabiq xarici işlər naziri, deputat Mövlud Çavuşoğlu Bakıda “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusuna həsr olunmuş II beynəlxalq konfransda deyib.
Türkiyəli deputat beynəlxalq ictimaiyyətin Azərbaycan xalqının məruz qaldığı zülmə səssiz qalması və əksinə, zülm edənə dəstək olmasından təəssüfləndiyini vurğulayıb.
“Biz həmişə ədalətin qalib gələcəyinə inandıq, nəticədə Azərbaycan suverenliyini tam təmin etdi”, – deyə Mövlud Çavuşoğlu diqqətə çatdırıb.
#Türkiyə teqi istifadə olunub
- Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV
- Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI
- Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb
- Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV
- Fransadakı etirazlar digər ölkələrə də yayılır | Zelenski Türkiyəyə niyə getdi? - YENİ BİR SƏHƏR
