Pleyeri seçin:

Vensin səfərindən öncə ABŞ hərbi təyyarələri İrəvan və Bakıya enib - Baku TV

09 fevral 2026 534 baxış

Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vensin səfərindən əvvəl ABŞ Hərbi Hava Qüvvələrinə məxsus azı 20 hərbi-nəqliyyat təyyarəsi Ermənistan və Azərbaycana gəlib.

Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

ABŞ-nin vitse-prezidenti fevralın 9-10-da Ermənistanda rəsmi səfərdə olacaq, İrəvandan sonra Bakıya yollanacaq.

Məlumata görə, təyyarələrin əksəriyyəti fevralın 4-8-də İrəvan və Bakıya eniş edib.

Monitorinqlər göstərib ki, Ermənistana 12 hərbi-nəqliyyat təyyarəsi gəlib, daha 9 təyyarə isə Azərbaycana uçub. Təyyarələr əsasən ABŞ-dəki hərbi bazalardan havaya qalxıb və Almaniyadakı “Ramştayn” aviabazasında yanacaq doldurduqdan sonra regiona gəlib. Bütün uçuşlar 77,5 tona qədər yükdaşıma qabiliyyətinə malik ağır hərbi-nəqliyyat təyyarəsi olan “Boeing C-17A Globemaster III” ilə həyata keçirilib.

Qeyd edilib ki, ABŞ Hərbi Hava Qüvvələrinin xüsusi əməliyyat qüvvələri üçün nəzərdə tutulan “Lockheed Martin Commando II” tipli ixtisaslaşmış hərbi-nəqliyyat təyyarələri də İrəvan və Bakıya uçuşlar həyata keçirib. Həmin təyyarələrdən ikisi Gürcüstana da uçub. Cey Di Vens bundan öncə 14 təyyarədən ibarət aviasiya qrupu ilə İtaliyaya səfər edib. 

İran şərtlərini masaya qoydu: ABŞ güzəştə gedəcək? - AKTUAL GÜNDƏM

İran şərtlərini masaya qoydu: ABŞ güzəştə gedəcək? - AKTUAL GÜNDƏM

Siyasət
22 sentyabr 2026 534 baxış
İrəvan Rusiya qazından imtina edib Azərbaycana üz tutacaq? - Baku TV CANLI

İrəvan Rusiya qazından imtina edib Azərbaycana üz tutacaq? - Baku TV CANLI

Siyasət
22 sentyabr 2026 534 baxış
Ukraynadan Rusiyaya təklif | Milyardlarla insan çirklənmiş hava ilə nəfəs alır - YENİ BİR SƏHƏR

Ukraynadan Rusiyaya təklif | Milyardlarla insan çirklənmiş hava ilə nəfəs alır - YENİ BİR SƏHƏR

Siyasət
22 sentyabr 2026 534 baxış
Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV

Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV

Siyasət
21 sentyabr 2026 534 baxış
Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV

Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV

Siyasət
21 sentyabr 2026 534 baxış
Ermənilərin Alban kilsələrinə iddiası nə məqsəd daşıyır? - Baku TV

Ermənilərin Alban kilsələrinə iddiası nə məqsəd daşıyır? - Baku TV

Siyasət
21 sentyabr 2026 534 baxış
Azərbaycan və Özbəkistan hərbçiləri birgə təlim keçirəcək - Baku TV CANLI

Azərbaycan və Özbəkistan hərbçiləri birgə təlim keçirəcək - Baku TV CANLI

Siyasət
21 sentyabr 2026 534 baxış
Bakıda önəmli tədbirin açılış mərasimi keçirildi

Bakıda önəmli tədbirin açılış mərasimi keçirildi

Siyasət
21 sentyabr 2026 534 baxış
Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV

Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV

Siyasət
21 sentyabr 2026 534 baxış
İran və Çin faktoru: Husi-Səudiyyə gərginliyinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

İran və Çin faktoru: Husi-Səudiyyə gərginliyinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Siyasət
21 sentyabr 2026 534 baxış
Seçilmişlər
icon