Vergi güzəştləri barədə açıqlama | Prezidentin forum iştirakçılarına müraciəti səsləndirildi
“Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası işğaldan azad edilmiş ərazilərin iqtisadi inkişafı üçün möhkəm təməl yaradıb. Bu ərazilərdə infrastrukturun bərpası, yeni sənaye və kənd təsərrüfatı sahələrinin yaradılması istiqamətində atdığımız addımlar, regionun milli iqtisadiyyata reinteqrasiyası gələcəkdə əhəmiyyətli irəliləyişlərə səbəb olacaq”.
Bu fikirlər Prezident İlham Əliyevin “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən Forumun iştirakçılarına müraciətində yer alıb.
“İqtisadiyyatın diversifikasiyası və yerli əhalinin sosial rifahının təmin edilməsi bu ərazilərin sürətli inkişafını təmin edəcək, Qarabağ və Şərqi Zəngəzur bölgələri ölkəmizin ümumi iqtisadi potensialına mühüm töhfələr verəcək. Bu prosesdə vergi siyasətinin və vergi təşviq alətlərinin də böyük rolu var. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün uzunmüddətli vergi və gömrük güzəştləri müəyyən edilib. Ərazi bütövlüyümüzün tam bərpa edilməsi xarici investorların da ölkəmizə marağını artırır. Uzun illərdir Azərbaycanda müsbət sərmayə iqlimi mövcuddur, investisiyaların adambaşına düşən həcminə görə qabaqcıl ölkələr sırasındayıq. Bununla belə, regionda iqtisadi dayanıqlığın təmin olunması, investisiyaların əhatə dairəsinin daha da genişlənməsi üçün daha cəlbedici biznes və vergi mühiti yaratmalıyıq. Sahibkarlara güclü dəstək verilməlidir, süni maneələr aradan qaldırılmalıdır”, – müraciətdə deyilir.
#İlham Əliyev teqi istifadə olunub
- Dövlət başçısının çıxışındakı əsas mesajlar hansı istiqamətləri əhatə etdi?
- Xarici təsirlərə qarşı yeni strategiya: Azərbaycan nəyi dəyişir? - AKTUAL GÜNDƏM
- Azərbaycanın qarşıya qoyduğu hədəflər hansılardır? - Elman Nəsirovdan şərh - Baku TV
- Millət vəkili Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyət istiqamətlərindən danışdı
- YAP-ın gələcək fəaliyyət istiqamətləri | Hikmət Babaoğlu diqqətçəkən məqamları vurğuladı - Baku TV
