Xəyalpərəst ermənilərin utopik təklifləri
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın qonşu ölkələrə qarşı əsasız ərazi iddiaları çərçivəsində Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti region dövlətlərinin qarşılıqlı münasibətlərinə birbaşa təsir edən mənfi amil kimi özünü qorumaqdadır.
Faktiki olaraq regiondakı geopolitik vəziyyət keçmiş SSRİ-nin süqutundan sonra Ermənistanın təcavüzkar siyasəti əsasında dəyişib və Azərbaycan bu konfiqurasiyanı 32 il sonra İkinci Qarabağ müharibəsinin nəticələri ilə bərpa edib.
İndi bu bərpa prosesinin kommunikasiyalara bağlı hissəsinin qurulması həyata keçirilir. Yəni Zəngəzur dəhlizi real vəziyyətdə 1991-ci ilin dekabrına qədər mövcud olub və Ermənistan özü də bu magistraldan bəhrələnib. Əgər rəsmi İrəvanın işğalçılıq siyasəti və onun acı nəticələri olmasaydı, heç şübhəsiz ki, bu dəhliz indiyədək beynəlxalq əhəmiyyətli kommunikasiyanın bütün elementlərini özündə birləşdirərdi.
Qırx dörd günlük Vətən müharibəsinin yaratdığı yeni siyasi reallıqları, eləcə də qlobal məkandakı ciddi prosesləri hələ də dərk etmək istəməyən rəsmi Yerevan isə ciddi-cəhdlə öz avantürist səylərini davam etdirir.
Ermənistanın Baş naziri Nikol Paşinyanın bu istiqamətdə atdığı növbəti addımlar heç şübhəsiz ki, onun “Tiflis sərgüzəştləri” kimi tarixə düşəcək. Çünki Dördüncü Tbilisi İpək Yolu Forumunda çıxış edən N.Paşinyanın irəli sürdüyü layihə utopik xarakter daşıyır. İndiyədək regionda kommunikasiyaların açılması üçün heç bir addım atmayan Ermənistanın, əslində, bu istiqamətdəki hazırkı mövqeyi heç bu ölkənin öz milli maraqlarını da təmin etmir. Çünki davamlı dəyişən utopik təkliflər xəyalpərəstlikdən o tərəfə keçə bilmir.
Məsələn, uzun illər İrandan magistral yol, dəmir xətti çəkmək istəyən Ermənistan sonda etiraf etdi ki, bunun üçün vəsait yoxdur. Mövzunu dəyərləndirən İran rəsmiləri sonradan emosional şəkildə açıq bəyan etdilər ki, Ermənistanın dəmir yolları tam şəkildə Rusiyanın tabeliyində olduğu üçün rəsmi İrəvanla bu mövzunu danışıqlar predmeti etmək faydasızdır.
Əlbəttə, region ölkələri fərqindədirlər ki, Ermənistan indiyədək ən qısa yolun çəkilişini də həll edə bilməyib. Belə olan halda N.Paşinyanın irəli sürdüyü layihəni kiminsə ciddi qəbul edəcəyi mümkün görünmür.
İndiyədək nəinki qlobal, heç regional layihə də həyata keçirməyən Ermənistanın qəfildən ümumi hesablamalar aparmadan, maliyyə mənbələri müəyyən edilmədən belə layihə irəli sürməsi utopiyadan başqa bir şey deyil.
Uzun illər ordusu üçün silah-sursatı pulsuz alan, maliyyə məsələləri xaricdəki diaspora xətti ilə təmin olunan, ən xırda layihələri belə dövlət tərəfindən deyil, ayrı-ayrı diaspor üzvləri hesabına reallaşan Ermənistanın bu cür qlobal layihəni reallaşdırmaq ilk baxışda N.Paşinyana asan gəlsə də, reallıqdan çox-çox uzaqdır.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
