Pleyeri seçin:

XİN-dən Paşinyana cavab

07 iyul 2023 111 baxış

“Ermənistanın Baş naziri Nikol Paşinyanın hökumətin iyulun 6-da keçirilən iclasında Azərbaycan əleyhinə beynəlxalq ictimaiyyət arasında yanlış təəssürat yaratmaq məqsədi daşıyan fikirləri tamamilə əsassızdır”. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Ermənistan tərəfinin beynəlxalq hüququn norma və prinsiplərinə və üçtərəfli bəyanat çərçivəsində öhdəliklərinə uyğun olaraq erməni qüvvələrini Azərbaycan ərazilərindən çıxarmaq əvəzinə, ərazimizdə mövcud olan silahlı qüvvələrin

Ermənistana məxsus olmadığına dair işğal dövründə səsləndirilən iddialarının təkrarlanması bu ölkənin yanlış siyasətdən əl çəkmədiyini göstərir. Ermənistan Müdafiə Nazirliyinin komandanlığı altında fəaliyyət göstərən və Ermənistan məhkəmələri tərəfindən məhkum olunan silahlı qüvvələrin Ermənistana məxsus olmadığını iddia etmək heç bir məntiqə sığmır.

Azərbaycanın ərazilərini işğal altında saxlamaqla və qonşu ölkələrə qarşı ərazi iddiaları irəli sürməklə özünü blokadada saxlayan Ermənistanın Azərbaycanın kommunikasiyaların açılmasında maraqlı olmadığını iddia etməsi və üçtərəfli bəyanata zidd olaraq Ermənistanın Naxçıvana maneəsiz keçidi təmin etməkdən imtina etməsi Ermənistanın öhdəliklərini heçə saydığını nümayiş etdirir.

“Azərbaycana qarşı mina təhdidini təkzib edən Baş nazirə xatırlatmaq istərdik ki, məhz Ermənistan tərəfindən basdırılan minalar 2020-ci il 44 günlük müharibədən sonra 300 nəfərdən çox azərbaycanlının mina qurbanına çevrilməsinə səbəb olub. Bununla yanaşı, Ermənistan tərəfindən uzun müddət mövcudluğu təkzib edilən və beynəlxalq təzyiqlərdən sonra təqdim edilən xəritələrin əksəriyyətinin faydasız olduğu və insanların həlak olduğu partlayışların 55%-dən əksəriyyətinin xəritələr təqdim edilməyən ərazilərdə baş verdiyi məlumdur.

Ermənistan tərəfi həqiqətən də sülhdə maraqlıdırsa, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə yalnız sözdə deyil, əməldə də riayət etməli, bölgədə sülh və təhlükəsizliyə təhdid olan erməni silahlı qüvvələrini Azərbaycan ərazisindən dərhal çıxarmalıdır”, – deyə XİN-in yaydığı bəyanatda bildirilib.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 111 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 111 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 111 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 111 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 111 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 111 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 111 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 111 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 111 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 111 baxış
Seçilmişlər
icon