XİN Paşinyanın səsləndirdiyi iddialara cavab verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Xarici İşlər Nazirliyi Ermənistan Baş nazirinin hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara cavab verib.
Bildirilib ki, Nikol Paşinyanın 20 iyul tarixində hökumətin iclası zamanı çıxışında Brüsseldə liderlər səviyyəsində keçirilən görüşə istinadən Laçın yolu ilə bağlı son 8 ay ərzində təkrarladıqları iddianı bir daha xüsusi vurğulaması Ermənistanın bu məsələdən siyasi məqsədləri üçün istifadə etməklə yanaşı, son zamanlar irəliləməkdə olan sülh müqaviləsi danışıqlarına maneçilik törətmək niyyətini nümayiş etdirir.
Qeyd edilib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycanın təklif etdiyi “Ağdam-Xankəndi” yolunun yüklərin daşınması üçün vacib olduğu fikrinə məhəl qoymayan Ermənistanın hər vəchlə bu yoldan imtina etməsi bölgədə “gərgin humanitar vəziyyət” iddiasının əsassız olduğunu və qeyri-qanuni fəaliyyətlərini davam etdirmək niyyətlərini sübut edir.
“Azərbaycan Ermənistanla sülh prosesinin təşəbbüskarı kimi, bölgədə sabitlik və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır və danışıqlar prosesində fəal tərəfdir. Ermənistan sülhdə maraqlıdırsa, prosesə maneə törədən səylərdən əl çəkməlidir", – XİN-dən bildirilib.
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV
- Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsindən danışdı - Baku TV
- Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV
