Pleyeri seçin:
Xocalı və Tərtərə komendantlar təyin edildi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Xankəndi şəhərində polis şöbəsi yaradılıb. Xocalı, Tərtər və Xankəndiyə müvəqqəti komendantlar təyin edilib”.
Bunu daxili işlər naziri Vilayət Eyvazov nazirlikdə onlayn formatda keçirilən Kollegiya iclasında bildirib. Artıq Xocalı və Tərtərin komendantlarının adları da məlum olub.
İmzalanan müvafiq əmrlərə əsasən, polkovnik Zaur Nəbiyev Xocalı, polkovnik Elçin Qasımov isə Tərtər rayonuna komendant təyin edilib. Onlar müvafiq olaraq rayon polis rəisləridir.
Qeyd edək ki, Qarabağ bölgəsində aparılan lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçən şəhər, rayon, qəsəbələr üzrə komendantlar təyin edilib. Xankəndi şəhərinin komendantı isə polis general-mayoru Sərdar Səfərovdur.
Kopyalandı
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
