Xocalıda separatçıların azərbaycanlı əsirləri saxladığı tikili tapıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Erməni işğalından azad olunan Xocalı rayonunun Malıbəyli kəndində azərbaycanlı əsir və girovların saxlanıldığı tikili aşkarlanıb.
“Report” xəbər verir ki, işğaldan əvvəl – 1992-ci ilədək yaşayış məntəqəsinin ərazisindən keçən Ağvan çayının sahilində qədim su dəyirmanı və onun yardımçı binası olub.
İşğal dövründə separatçılar oranı azərbaycanlı əsir və girovları qanunsuz saxlama yerinə çeviriblər. Bunun üçün dəyirmanın yardımçı tikilisinin qapı və pəncərələrinə dəmir barmaqlıqlar vurulub, üzərinə qalın beton tökülüb. Eyni zamanda içəridə dəmir arakəsmələr yerləşdirərək qəfəs formasına salıblar.
Bundan başqa, ermənilər əsir və girovlara nəzarət edənlər üçün ayrıca otaq da yaradıblar. Tikilidə aşkarlanan izlər orada azərbaycanlı əsirlərin saxlanıldığını, onlara işgəncələr verildiyini deməyə ciddi əsas yaradır.
Xatırladaq ki, Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də keçirdiyi antiterror tədbirləri zamanı kənd işğaldan azad edilib.
#Qarabağ teqi istifadə olunub
- “Ermənilər bilsəydi, çoxdan dağıtmışdı” | Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var?
- Türkiyə öz təcrübəsini bölüşərək Qarabağın dirçəldilməsində fəal iştirak edəcək - Baku TV
- “Bakının sevinci Ankaranın sevinci, Şuşanın qüruru bütün millətimizin qürurudur” | Ərdoğan Şuşada
- "Birdir bizim hər halımız..." | Qarabağda Ərdoğandan dünyaya mesaj - Baku TV
- "Artıq 97 min insan azad edilmiş ərazilərdə yaşayır" | Prezident
